adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Oktyabr 2014 17:59
8605
İDMAN
A- A+

AFFA Mahmud Qurbanovun taleyinə aydınlıq gətirdi

"AFFA Mahmud Qurbanovla uzunmüddətli əməkdaşlıqda maraqlı deyil".

Bunu Adalet.az-a açıqlamasında AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu deyib. O bildirib ki, Mahmud Qurbanovun yığmada fəaliyyətini davam etdirməyəcəyi dəqiqdir :"AFFA Mahmud Qurbanovla uzun müddətli əməkdaşlıqda maraqlı deyil. O, ancaq Norveçlə oyunadək yığmanın sükanı arxasında olacaq"

Yığmanın baş məşqçi postuna kimin real namizəd olduğu ilə maraqlandıqda isə M. Nərimanoğlu bu barədə danışmağın hələ tez olduğunu bildirdi: "Bu barədə danışmaq hələ tezdir. Təyinat İcraiyyə Komitəsinin qərarından asılı olacaq. Hazırda menecerlərimiz axtarışlar aparır. Bir neçə namizədlər var. Onlar haqqında informasiyalar toplanır".

Xatırladaq ki, Berti Foqts istefaya göndərildikdən sonra mili komandanın baş məşqçi postu müvəqqəti olaraq Mahmud Qurbanova tapşırılıb.