adalet.az header logo
  • Bakı 19°C
20 Oktyabr 2014 17:58
8439
SİYASƏT
A- A+

Aqil Abbas xeyir-şər məclislərinin siyasiləşməsinə qarşı

Millət vəkili  Aqil Abbas xeyir-şər məclisləri siyasiləşməsinin əleyhinədir. Millət vəkili bununla bağlı KİV-ə verdiyi açıqlamasında deyib ki, həm xeyir, həm də şər məclislərində iştiraka görə, tənqid olunmaq olduqca gülüncdür: "Mənim həm müxalifətdə, həm də hakimiyyətdə dostlarım var. Məmməd Araz, eləcə də, atam vəfat edən də hər iki düşərgədən olan tanışlarım yas mərasimində iştirak ediblər. Bu, bizim millətimizin adət-ənənəsidir. Xeyir-şər məclisi siyasi mübarizə meydanı deyil. Vurğun Əyyubla, eləcə də Mehman Cavadoğlu ilə mənim dostluğum var, tələbə yoldaşı olmuşuq. Hətta M.Cavadoğlu ilə 5 il birgə işləmişik. İndi sabah Vurğun Əyyub övladına xeyir iş eləsə, məni dəvət etməməlidir? Əgər dəvət etməsə də, həmin məclisə gedərəm. Siyasi mövqeləri belə məsələlərə bulaşdırmaq olmaz. İkram İsrafil məni də toya dəvət etmişdi. Ancaq rayonda olduğumdan məclisdə bilavasitə iştirak edə bilmədim. İkram İsrafil parlamentdə fəaliyyət göstərib, deputat həmkarları ilə dəfələrlə xaricdə səfərdə olub. İnsanlarla münasibəti var. Özü də dövlətçiliyin tərəfində olan adamdır. Ümumiyyətlə, məhz belə müsbət hallara kölgə salmaqla insanları bir-birinə düşmən edirlər. Əslində şəxsi müstəvidə müxalifətlə iqtidar arasında problem yoxdur. Müxalifətdə bir qrup radikal sadəcə olaraq bu cür düşünür və hərəkət edir. Bu da yolverilməz haldır. Bizim milli adət-ənənələrimiz olub və indi də var”.