adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Oktyabr 2014 17:57
5651
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan beynəlxalq musiqi festivalında təmsil olunacaq

Oktyabrın 22-26-da İspaniyanın Qalisiya vilayətinin Santiaqo-de-Kompostela şəhərində keçiriləcək 20-ci "Womex" - Dünya Musiqi Festivalında Azərbaycan da təmsil olunacaq. Adalet.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, bu il keçiriləcək "Womex" festivalında Azərbaycanın təmsil olunması məqsədilə Azərbaycan güşəsinin yaradılması, milli musiqi alətlərinin sərgilənməsi, müvafiq çap-reklam məhsullarının qonaqlara paylanması və 23 oktyabr tarixində Elçin Şirinovun rəhbərliyi ilə caz qrupunun konsert proqramı ilə çıxışı nəzərdə tutulur.

Qeyd edilən tədbir dünya musiqi sənayesinin böyük musiqi ticarət yarmarkasıdır. Burada peşəkar musiqi sənətinin son nailiyyətləri nümayiş olunur.

1994-cü ildən indiyə qədər bu musiqi sərgisində Azərbaycanı Baba Mahmudoğlu, Zabit Nəbizadə, Qoçaq Əsgərov, Mənsum İbrahimov kimi musiqiçilərimiz təmsil ediblər.