adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Oktyabr 2014 17:40
4185
MƏMLƏKƏT
A- A+

Məzahir Pənahov DSK üzvlərini fəallığa səslədi

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə iclasda MSK-nın 13 oktyabr 2014-cü il tarixli iclas protokolu səsə qoyularaq yekdilliklə təsdiq olunub. Həmçinin, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Daha sonra cari məsələlər müzakirə olunub. MSK sədri Məzahir Pənahov bildirib ki, 22, 23 və 24 oktyabrda bələdiyyə seçkiləri ilə bağlı dairə və məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici seminarlar keçiriləcək. O, hər bir DSK üzvünün seminarlarda fəal iştirak etməsinin vacibliyini vurğulayıb.