“Amerikanın səsi” radiosunun qərəzi
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması və ümumiyyətlə, Ermənistanın işğal və təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövqeyi əks etdirilmədən "Amerikanın səsi” radiosu tərəfindən birtərəfli qaydada Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejim haqqında verilişin hazırlanması ədalətsiz və qərəzli xarakter daşıyır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri v.i.e. Hikmət Hacıyev "Amerikanın səsi” radiosunun Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar hazırladığı verilişə dair şərh verərkən bildirib.
O, qeyd edib ki, "obyektivlik” və "qərəzsizlik” prinsiplərindən danışan "Amerikanın səsi” radiosu tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövcud durumu da obyektiv şəkildə işıqlandırılmalıdır: "Amerikanın səsi” radiosunun bu verilişi separatizm, işğal və təcavüzün təşviq olunmasına rəvac verir". XİN rəsmisi deyib ki, "Amerikanın səsi” radiosunun bu birtərəfli addımı eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarına və onların həssas hisslərinə hörmətsizlikdir.
Digər Xəbərlər
25 Aprel 2024 16:10
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi
25 Aprel 2024 14:44Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - ŞƏRH
25 Aprel 2024 14:30Fuat Oktay: Qarabağ məsələsi həll olundu, hazırda proseslərin növbəti mərhələsi gedir
25 Aprel 2024 12:55İlham Əliyev və Japarov Cümə məscidinin açılışında
25 Aprel 2024 12:47