adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Oktyabr 2014 16:20
7204
ƏDƏBİYYAT
A- A+

148 yaşlı Xalq Qəhrəmanı

İranda Məşrutə inqilabının görkəmli xadimi, xalq qəhrəmanı Səttar xanın bu gün doğum günüdür. 1866-ci ildə İranın Cənubi Azərbaycan bölgəsinin Qaradağ vilayətində  tacir ailəsində anadan olmuş Səttar xan 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatında göstəriyi rəhbərliyə və şücaətə görə milyonların rəğbətini qazandı. Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrildi. Göstərdiyi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq "Sərdari-milli" (Xalq sərkərdəsi) və "Salari-milli" (Xalq rəhbəri) fəxri adlarına layiq görüldü.
Səttarxanın ard-arda qələbələri şah qüvvələrini, Çar Rusiyası və İngiltərəni təşvişə salır. Həmişəki kimi yenə erməni əliylə aranı qarışdırmağa nail olurlar. Tehranın milliyətcə erməni olan və əvvələr Səttar xanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış, daşnak Yefrem Davidyanın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Səttarxanın qaldığı yerə hücum edirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Səttar xanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Aldığı güllə yarasından 1914-cü il noyabr ayının 9-da Səttar xan 48 yaşında vəfat edir və Tehranın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur. Qəbri 1924-cü ildə inqilabçılar tərəfindən təmir edilir.
Səttar xanın qəhrəmanlığına, onun xalqına və azadlıq inqilabına olan sədaqətini tərrənnüm edən saysız-hesabsız şeir və poemalar yazılmışdır.