adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Oktyabr 2014 16:02
3917
İDMAN
A- A+

Milli komandaya ispaniyalı çalışdırıcı gətirildi

Futzal üzrə Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib. Adalet.az-ın məlumatına görə, Joze Alesionun postunu tərk etməsindən sonra boş qalan baş məşqçi vəzifəsi ispaniyalı mütəxəssis Faustino Peres Moreno Qomesə həvalə olunub.

 

Onun postunda qalıb-qalmayacağı haqda qərarı isə AFFA-nın İcraiyyə Komitəsi verməlidir. Qurum bu məsələni növbəti iclasında müzakirəyə çıxarılacaq.

 

Qeyd edək ki, Peres bir neçə gün əvvəl Azərbaycan çempionu "Araz”ın baş məşqçisi təyin olunmuşdu.