adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Oktyabr 2014 16:03
3989
DÜNYA
A- A+

Lavrov ABŞ-ı suçladı

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya ilə bağlı ABŞ-dan cavab gözlədiklərini açıqlayıb. Lavrov qeyd edib ki, ABŞ İŞİD-lə mübarizədə paralel olaraq, Bəşər Əsədi devirməyə çalışır. O, beynəlxalq koalisiyanın bunun üçün Suriya müxalifətinə dəstək verdiyini də bildirib: "Rusiya Amerikanın məntiqini anlamağa çalışır. Lakin dəqiq cavab ortaya qoya bilmir. Rusiya ABŞ tərəfindən İŞİD-ə qarşı yaradılmış koalisiyaya qoşulmur. Çünki Rusiya təhlükəsizliyin təmin edilməsinin və terrorizmlə mübarizənin BMT Təhlükəsizlik Şurasının normaları əsasında aparılmalı olduğunu bilir”. Sergey Lavrov hesab edir ki, ABŞ-ın İŞİD-in Suriyadakı mövqelərinə icazəsiz hücum etməsi beynəlxalq hüquq normalarına uyğun deyil.