adalet.az header logo
  • Bakı 19°C
20 Oktyabr 2014 15:41
9292
TEXNOLOGİYA
A- A+

“Elektron pul kisəsi” tətbiq ediləcək

Bu ilin sonuna qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) "GoldenPay” şirkəti ilə birlikdə ölkəmizdə yeni layihə olan –"Elektron pul kisəsi” layihəsinin tətbiqini planlaşdırır.


Nazirlikdən Adalet.az-a verilən məlumata görə, "Elektron pul kisəsi” texnologiyasından bütün növ elektron imza kartlarının sahibləri faydalana biləcəklər.

Bunun üçün "Elektron hökumət” portalı (e-gov.az) və "rabita.az” saytlarında onlayn ödəniş prosesində kartların seçimi zamanı siyahıda "VİSA/VİSA Elektron” "Master Card/Maestro” kartlarından başqa "Elektron imza kartı” da göstəriləcək. "Elektron pul kisəsi” üçün hesabın açılması MHM-də aparılacaq. Vətəndaş şəxsiyyət vəsiqəsini və onun adına olan istənilən növ elektron imza kartını təqdim etməli olacaq.

"Elektron pul kisəsi” texnologiyası, o cümlədən onun prosessinqi Məlumat Hesablama Mərkəzinin proqram təminatı əsasında aparılacaq və heç bir xarici şirkətdən asılılıq olmayacaq. Bu texnologiyanın üstünlüklərindən biri də ondan ibarətdir ki, ödəniş prosesində vətəndaş onun hesabında qalan vəsaiti dərhal görə biləcək və kart məlumatları prosessinqə avtomatik ötürüləcək.