Orta məktəbin aşağı siniflərində oxuyarkən müəllimlərimizin həmişə bizə bir nəsihəti olardı. Deyərdilər ki, insan neçə dil bilirsə, elə o sayda da adamdı. Yəni, tutaq ki, mən rus, ingilis, fars dillərini bilirəmsə, deməli, üstünə də öz dilimi gələndə eləyir 4 dil və bu da 4 adam deməkdi. Açığı, o vaxtlar məndə bir maraq yaranmışdı, istəyirdim ki, bir neçə dil öyrənim. Çünki dil bilmək həm dünyanı gəzib-dolanmaq, həmsöhbət olmaq üçün bir açardı, bir vasitədi, həm də baxma də, adam tay-tuşlarının yanında da forslana bilir. Elə buna görə də yaşadığım kənddə ermənilərin vasitəsilə erməni dilini öyrəndim, rus dilini də pis mənimsəmədim, amma ingilis dilini öyrənmək sarıdan bəxtim gətirmədi. Çünki ingilis dilində bizə dərs deyən müəllimə əvvəlcə hamımızın aşiq olduğumuz cavan bir erməni qızı idi, buna necə acgözlüklə baxırdıqsa bir də gördük qoşulub qaçıb, sonra da, yəni üstündən bir il ötəndən sonra qonşu kənddən bir cavan oğlan gəldi. O da bir ay gününü keçirəndən sonra müəllimliyi atıb getdi daş karxanasına... Dedi pulumu, çörəyimi daşdan çıxaracam. Nə isə...
Hə, bizim sinfin uşaqları da ingilis-dili sarıdan "kor qaldı". Allah ümidinə kim nə öyrəndisə öyrəndi, hətta qəbul imtahanlarında da mənə avtomatik olaraq arıq, amma zırpı bir "3" yazdılar. O vaxt qanun belə idi. Deməli, bu da belə...
Televizorun düyməsini basıb oturursan qarşısında... və hansı dildəsə danışırlar, amma Azərbaycan dili deyil. Sonra keçirsən o biri kanala, orda da həmin mənzərədi. Və beləcə məmləkətin özünəməxsus olan bütün kanallarında dil sarıdan bəxtimizin çiçəyi çırtlayıb, lap elə dilimizin də. Elmi-kütləvi verilişlərdən başlamış ta şouya qədər. Axırıncıda isə ümumiyyətlə dilimizdən əsər-əlamət yoxdur. Doğrudur, respublikada bu məsələ ilə mənim bildiyimə görə həm Teleradio Şurasında, həm də Mətbuat Şurasında dəyərli ziyalılarımız məşğul olurlar. Hətta eşitdiyimə görə, bəzi telekanallar dilimizi yaman günə qoyduqları üçün xəbərdarlıqlar da alıblar, cərimə də ediliblər, amma...
Bu günlərdə İTV-də dillə bağlı veriliş yayımlanırdı. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı da dəvətlilər sırasında idi. Hörmətli Sabir müəllim özünəməxsus yanğı ilə "dilin başında turp əkənlər haqqında" danışdıqca hiss edirdim ki, onunla həmsöhbət olanlar, yəni bu məclisin iştirakçıları özləri belə mövzunun nə olduğunu bildikləri halda belə, işlətdikləri, təbii ki, sözarası, digər dillərdən götürülmə sözlərin fərqinə varmırlar. Açığı, acı bi təbəssüm keçdi ürəyimdən... Bu bir az da təəssüf idi. Ona görə ki...
Yadıma düşmüşkən bir haşiyəyə çıxım. Universitetdə oxuduğumuz illərdə bizə Kamil Əliyev adlı çox dəyərli bir ziyalı, bir müəllim dərs verirdi. Bir dəfə o sözarası dedi ki, bizim televiziyanın işi bir Allaha qalıb. Təəccüblə üzünə baxdıq. Bunu hiss etdi və fikrini belə tamamladı:
- Yəqin "Sağlamlıq" verilişinə baxırsınız. Verilişin aparıcısı, başında and içməyə bir tükü olmayan həkim-professor saçın necə qorunmasından danışır...
Bəli, hər məsələ bizə aydın idi. Öz saçını qorumağı bacarmayan millətə saçı qorumaqdan dərs keçir... İndi televiziyada ailəsini dağıdanlar, gündə bir eşq macərası yaşayanlar, üç gündən bir nikahlarını təzələyənlər, münəccimlər, yuxuyozanlar, fala baxanlar və sairələr, o cümlədən də dilin anasını ağladanlar əməlli-başlı dilçi olublar, müəllimlik xəstəliyinə tutulublar. Bu yerdə də mütləq bir haşiyə çıxmalıyam.
HAŞİYƏ: Bir həmyerlim var, adı da Elşəndi. Şəhərin məlum guşələrinin birində qaçqınçılıq vaxtı özünə bir ev tikib, sağlığına qismət. Elşənə tanış olduğu insanlardan biri it bağışlayıb. Bu it də ovçarka cinsidi, sahibi də rus... Bədbəxt it də rus dilini bilirmiş. Elşən də ki, rus dilindən piyada olduğundan itlə dil tapa bilmir. Bu təlim görmüş itə nə qədər deyir ki, "gəl", "get", "otur", "dur" fərq etmir. Və Elşən keçir dədə-baba üsuluna.