adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Oktyabr 2014 15:23
6094
ƏDƏBİYYAT
A- A+

Ankarada Cənubi Azərbaycanın aşıq dastanları çap edilib

Azərbaycan şifahi xalq ədəbiyyatının qiymətli nümunəsi olan "Şikari dastanı” Ankarada çapdan çıxıb. Adalet.az xəbər verir ki, Türk Dil Qurumu tərəfindən nəşr edilmiş kitabı Adana şəhərindəki Çukurova Universitetinin doktorluq tələbəsi, təbrizli tədqiqatçı Nabi Kobotarian çapa hazırlayıb. Bu, Azərbaycan folkloruna dair N.Kobotarianın Türkiyədə çap edilmiş ikinci kitabıdır.

 

"İran Azerbaycanı aşık destanları” seriyasının birinci kitabı olan "Şikari destanı” adlı kitabın çapdan çıxması ilə bağlı Apa-ya açıqlama verən N.Kobotarian deyib ki, Türk Dil Qurumu kimi mötəbər bir elm ocağının İran Azərbaycanının xalq ədəbiyyatı ilə bağlı seriya açmasından və ilk olaraq onun kitabını çap etməsindən çox məmnundur: "Şikari dastanı”nı ötən əsrin 90-cı illərinin ortalarında Cənubi Azərbaycanın məşhur aşığı Yədullahdan toplamağa başlamışdım. Aşıq Yədullah dastanı ustadlarından öyrənib, daha sonra özü dastana əlavələr edərək böyüdüb. Dastan Avropa folklorşünasları arasında böyük marağa səbəb oldu. 55 saatlıq kasetlərdən ibarət olan bu  möhtəşəm xalq yaradıcılığı örnəyini  illər uzunu yaşadan və  gələcək nəsillərə ötürmək üçün mənə fürsət yaradan aşıq Yədullaha uzun ömür diləyirəm”.