adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Oktyabr 2014 13:30
3801
İDMAN
A- A+

Messidən qeyri-etik hərəkət

"Eybar"la oyunda "Barselona"nın lideri Lionel Messi baş məşqçiyə qarşı hörmətsizlik edib.

Baş məşqçi Luis Enrike qarşılaşmanın 76-cı dəqiqəsində Messinin yerinə meydana Munir Əl-Haddadini buraxmaq istəyib. Həmin vaxt hesab 3:0 olub. Ancaq Messi meydandan çıxmaq istəməyib. Əlacsız qalan Enrike onun yerinə meydandan Neymarı çıxarıb.

Messi bu oyunda bir qol vurub. Bu, onun İspaniya çempionatında 250-ci qolu olub. Argentinalını "Atletiko"nun əfsanəvi futbolçusu Telmo Sarrının rekordundan cəmi bir qol ayırır (komanda.az).