adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Oktyabr 2014 13:17
4978
DÜNYA
A- A+

Obama pərt oldu

ABŞ prezidenti Barak Obama pərt vəziyyətində qalıb.

Obama Demokratlar partiyasından Merilend ştatının qubernatoru postuna namizəd Entoni Brauna dəstək mitinqi zamanı nitqini yarımçıq dayandırmalı olub.

Prezident, çıxışı zamanı insanları bir neçə dəfə səs verməyə çağırıb:

"Buna heç nə bəraət qazandıra bilməz. Siz səs verməlisiniz!”.

Obamanı dinləməkdən imtina edən insanlar zalı tərk etməyə başlayıblar və bu səbəbdən prezident çıxışını yarımçıq dayandırmalı olub.

Agentliyin məlumatına görə, Demokratlar partiyasından olan bir çox namizədlər məşhurluq reytinqinin aşağı olması səbəbindən Obamanı seçkiqabağı kampaniyada yanlarında görmək istəmirlər.