HƏR BiR ƏSƏRiNDƏ ÖZüNü YAZAN ƏLi MüƏLLiM

ƏBÜLFƏT MƏDƏTOĞLU
32538 | 2007-11-16 03:30
Yəqin ki, oxucular maraqlanacaq kimdir bu Əli müəllim. Maraqlanmaqda da haqlıdırlar. Çünki soyadı göstərməmişəm. Əgər soyadı da yazmış olsaydım onda nə suala, nə də təqdimata ehtiyac qalmayacaqdı. Ona görə ki, Əli İldırımoğlu imzası özü-özlüyündə bütün sualların cavabı və özü-özlüyündə də təqdimatdı...
   
   Qarşımda bir neçə kitab var. Müxtəlif illərdə, müxtəlif zaman kəsiyində yazılıb və işıq üzü görmüş "Çinarlı", "Zorən jurnalist", "Həmin adam", "Aqibət", "Közərən sətirlər"... Bu kitabları müxtəlif illərdə oxumuşam, amma indi yenidən gözdən keçirirəm. Özü də bu kitabların heç birini mənə kimsə hədiyyə etməyib. Özüm, necə deyərlər, öz zövqümün marağı ilə bu kitabları kitab mağazalarından əldə etmişəm. Həm sovet dönəmində, həm də indi. Çünki "Közərən sətirlər" və "Aqibət" mənim kitab rəfimdə latın qrafikası ilə, digərləri isə kiril əlifbası ilə dərc olunmuş nüsxələrdi. Bundan başqa, mən Əli müəllimin 70 illik yubileyində, yəni Atatürk Mərkəzində düzənlənən tədbirdə də iştirakçı olmuşdum və burada "Qarlı gecələr", "Mənim rəncbər atam" kitablarını əldə etmək fürsətini qazanmışam. Bütün bunlar öz yerində...
   
   Zaman heç kimi və heç nəyi gözləmir. Öz axarında, öz işindədir. Və 70 illik yubileyindən keçən zaman da heç kimi və heç nəyi gözləmədi. Eləcə papağımızı fırladıq gördük ki, növbəti yubiley qapını döyür. Biz, o cümlədən də mən gördüm ki, yubileydən yubileyə olan bir zaman kəsiyində də Əli müəllimin qələmi yenə öz işini görür. Bunun nümunəsi kimi "525-ci qəzet"də oxucuların ixtiyarına verilmiş "Zorən jurnalist" adlı romanının ikinci hissəsini xatırlatmaq məncə kifayət edər...
   
   Mən Əli müəllimi jurnalist kimi tanımışam. Özü də elə-belə jurnalist kimi yox. Sözün həqiqi mənasında qələmiylə, şəxsiyyətiylə tamamlanan, sözüynən, hətta jestləri ilə belə bütöv görünən köhnə, köklü bir kişi kimi, necə deyərlər Köhnə Kişi, Köhnə

TƏQVİM / ARXİV