adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Oktyabr 2014 14:22
6559
ƏDƏBİYYAT
A- A+

“XX əsrin görkəmli ədəbiyyatşünas alimləri” adlı dərslik çap olunub

Azərbaycan Universiteti (AU) tərəfindən "XX əsrin görkəmli ədəbiyyatşünas alimləri” adlı dərs vəsaiti çap olunub.

Kitabın müəllifləri universitetin müəllimi, filologiya elmlər doktoru, professor Qorxmaz Quliyev və AU-nun Azərbaycan filologiyası və jurnalistika kafedrasının müdiri, dosent Ülviyyə Rəhimovadır.

Universitetdən KİV-ə bildiriblər ki, kitabda XX əsrin ədəbi-bədii prosesinin əsas hərəkətverici qüvvəsinə çevrilmiş ədəbi-estetik cərəyanların aparıcı müəllifləri sistemli şəkildə araşdırılıb. Dərs vəsaitində ədəbi prosesin dinamikasını əks etdirən Mixail Baxtin, Aleksey Losev, Klod-Levi Stross, Jan Pol Sartr, Umberto Eko, Rolan Bart, Jan Starobinski və digər ədəbiyyatşünasların həyat və yaradıcılığı barədə məlumat verilir, oçerk və əsərlərindən nümunələr təqdim olunur.

Ümumilikdə 692 səhifədən ibarət olan kitab filoloqlar, ədəbiyyat üzrə tədqiqatçılar, magistrantlar, doktorantlar, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.