adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Oktyabr 2014 16:35
10926
ŞOU-BİZNES
A- A+

54 yaşlı universal döyüşçü

Bu gün Azərbaycanda da pərəstişkar ordusu olan Hollivud aktyoru Jan Klod Vandamın ad günüdür. 54 yaşını qeyd edən aktyor hələ 90-cı illərdə "Boksçu”, "İkiqat zərbə”, "Universal əsgər”, "Leon” və. s filmləri ilə Azərbaycan tamaşaçısını özünə heyran edə bilmişdi.

Qeyd edək ki, 1960-cı ildə Belçikanın Berkem Sent-Aqat şəhərində doğulmuş Van Dam idmanın 4 döyüş növündə bacarıqlıdır: kikboksinq, muay-tay, kunq-fu və taekvando. Karate üzrə Avropa çempionu olub, qara kəmər ustasıdır.

Dörd idman növünü məharətlə birləşdirib filmlərdə təqdim edən aktyor yaşının irəliləməsinə baxmayaraq, hələ də dünya gənclərinin ideal döyüşçüsü, universal əsgəri olaraq qalır.