adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Oktyabr 2014 16:00
13056
ŞOU-BİZNES
A- A+

Beren Saat rusları təəccübləndirdi

Basketbol Avro Liqası çərçivəsində keçirilən oyunda Türkiyənin məşhur aktrisası Bərən Saat simvolik olaraq çıxış edib. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin "Anadolu Efes” və Rusiyanın UNİKS basketbol komandasının görüşü zamanı çəhrayı rəngli topu ilk olaraq meydanda Beren Saat atıb.

Rusiyada "Fatmagülün suçu nə?” serialının yayımından sonra məşhurlaşan və sevilən aktrisanın oyun zalına çıxması ruslar üçün gözlənilməz olub. Həmçinin topun rəngi də ruslarda maraq doğurub.

Qeyd edək ki, topun rənginin çəhrayı olması döş xərçəngi ilə mübarizə kampaniyası ilə əlaqədardır. Məqsəd ictimaiyyətin diqqətini bu problemə artırmaqdır.