adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Oktyabr 2014 12:59
7197
DÜNYA
A- A+

Facebook şirkəti ABŞ hökumətinə xəbərdarlıq etdi

Facebook şirkəti ABŞ hökumətini saxta hesablar (akkaunt) istifadə etməməyə çağırıb. Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Facebook-un Təhlükəsizlik xidmətinin rəhbəri Co Sallivan hökumət nümayəndələrinin də adi istifadəçilər kimi real akkauntlardan istifadə etməli olduğunu qeyd edib. Sallivanın "Associated  Press” agentliyinə verdiyi məlumata görə, daha çox ABŞ-ın Narkotika ilə Mübarizə İdarəsi təhqiqatlar aparmaq üçün sözügedən sosial şəbəkədə xeyli saxta hesab açıb.  Onun sözlərinə görə belə saxtalıqlar Facebookun istifadəçilər arasında etibarını aşağı salır və nəticədə onların bu sosial şəbəkədən uzaqlaşmasına gətirib çıxarır.

Şirkət hətta qadın istifadəçilərdən birinin şikayəti ilə saxta hesablı Mübarizə İdarəsinin əməkdaşını məhkəməyə də verib.