adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Oktyabr 2014 01:33
6163
LAYİHƏ
A- A+

Abadlığın ünvanı Tovuz

(əvvəli ötən sayımızda)

Bildirilib ki, bu layihə Əlibəyli, Hacallı, Mülkülü kəndlərində yaşayan əhalini, ictimai binaları, sosial sahələri içməli su ilə təmin edəcək. Qeyd olunub ki, son illərdə Tovuz rayonunda genişmiqyaslı quruculuq işləri aparılıb, yollar çəkilib, onlarla məktəb tikilib, səhiyyə, mədəniyyət və idman müəssisələri istifadəyə verilib, parklar salınıb, tarix və mədəniyyət abidələri bərpa olunub, çoxlu sayda turizm obyektləri açılıb, kəndlər abadlaşdırılıb. Həmçinin mühüm sosial layihələr icra olunub, o cümlədən rayon üçün çox mühüm əhəmiyyət kəsb edən Tovuz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub.
Tədbirdə vurğulanıb ki, son altı ildə Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonuna 5 dəfə səfər edib, bu obyektlərin əksəriyyətinin təməlqoyma və açılış mərasimlərində iştirak edib, görülən işləri yüksək qiymətləndirib.
Mərasimdə çıxış edən kənd sakinləri qayğı və problemlərinin həllinə göstərdiyi gündəlik diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqların bildiriblər. Tovuz şəhərində yeni ticarət mərkəzi istifadəyə verilib. "Turan" ticarət mərkəzinin açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva, ticarət mərkəzinin sahibi Ülviyyə Abbasova ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyindən söz açıblar. Diqqətə çatdırılıb ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da sahibkarlıq inkişaf etdirilir və nəticədə yeni-yeni obyektlər istifadəyə verilir, əhalinin işlə təminatı yaxşılaşdırılır.
5 hektar ərazidə inşa olunmuş "Turan" ticarət mərkəzində 450 mağaza və market, 500-dən artıq kənd təsərrüfatı məhsullarının satışı köşkləri fəaliyyət göstərir. Müasir standartlara cavab verən ticarət mərkəzində 500 nəfər rayon sakini daimi işlə təmin olunub.
Rayonda 2014-cü ilin birinci yarımilliyinin yekunlarına hərs olunmuş geniş Şura iclası keçirilib. Tovuz Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın iclasında cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
Hesabat məruzəsində cari ilin birinci yarısının bütövlükdə rayon üçün uğurlu olduğu diqqətə çatdırılıb. Bildirilib ki, hesabat dövründə rayonun sosial iqtisadi inkişafı, əhalinin rifah halının yüksəldilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər qətiyyətlə davam etdirilib.
Kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlər nəticəsində 2013-cü ilin birinci yarısı ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,8 faiz, yumurta istehsalı 4,4 faiz, yun istehsalı 2,2 faiz artmış, iribuynuzlu mal-qaranın sayı 499 baş artaraq 45801-ə, ana heyvanların sayı 35 baş artaraq 17806-ya, qoyun və keçilərin sayı 1648 baş artaraq 237 minə çatdırılıb.Rayonun torpaq mülkiyyətçiləri indiyədək 9514 hektar taxıl zəmisindən 29809 ton məhsul əldə ediblər. Buğda əkilmiş sahələrin hər hektarından 31,5 sentner məhsul götürülüb.
Hesabat dövründə rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərinə toxunularaq bildirilib ki, Tovuz şəhərinin Heydər Əliyev prospektində abadlıq işləri davam etdirilib, Nizami, F.Ələkbərov, Xətai və M.Musayev küçələrinə 14500 kvadratmetrə yaxın asfalt-beton örtük qoyulub. Hazırda Qovlar şəhərinin Şəhriyar küçəsindəki parkda yenidənqurma işləri aparılır. Bu müddətdə 180 şagird yerlik Papaqçılar, 220 şagird yerlik Şamlıq, 180 şagird yerlik Çeşməli, hər biri 80 şagird yerlik Qalaboyun, Qaradaş və Muncuqlu kənd tam orta məktəblərinin tikilib. Tovuz şəhərində Nizami adına mədəniyyət evinin və Aşıq Hüseyn Bozalqanlı adına "Ozan" Aşıq Sənəti Dövlət Muzeyinin, Qovlar şəhərində Rabitə evinin və Gənclər evinin tikintisi davam edir. Bu il hər biri 100 yerlik 3 körpələr evi-uşaq bağçasının tikilib istifadəyə verilməsi planlaşdırılıb.
Bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə mərkəzi orqanlardan və vətəndaşlardan rayon icra hakimiyyəti başçısı aparatına 529 ədəd vətəndaş müraciəti daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 96 ədəd azdır. Müraciətlərdə qaldırılan məsələlər əsasən torpaq, mənzil-məişət problemləri, maddi yardım, əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı, sahibkarlıq və s. ilə əlaqədardır.

Şamxal ŞƏBİYEV
Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə