adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

iLANIN AğINI DA, QARASINI DA

OQTAY SALAMOV
21797 | 2007-11-14 03:32
Bəzən bizi o qədər açıq-açığına axmaq yerinə qoymaq istəyirlər ki, adam özü-özündən şübhələnir; bəlkə mən doğrudan da dəliyəm?! Bəs onda niyə ağıllılarla bir yerə saxlanılıram, hətta qəzetə yazı da yazıram və bunu ağıllılar da oxuyur. Bəlkə elə əsl ağıllılarla dəlixanadakılardır, biz çoxuq deyən, bolşevikcəsinə ağıllı adını qəsb eləmişik?.. Bir-iki misal o yandan, bir-iki misal özümüzdən gətirib ağıllı, ya da dəli olduğumuzu sadəcə olaraq göstərim, ağlı kəsənlər də qiymətləndirsinlər, məni yox, özlərini, mənim əlimdə "spravka"m var ki... dəli döyüləm.
   
   Pakistanda fövqəladə vəziyyətdir. Bənazir Bhutto müsəlman dünyasında ilk qadın baş nazir kimi müəyyən rəğbət qazanmışdı. Sonra kişilər kişiliklərinə sığışdırmadılar ki, onların baş naziri arvaddır, düzüb-qoşub xanımı korrupsioner və rüşvətxor "oformit" elədilər, işdən də qovdular, ölkədən də. Sonra Pakistan Amerikanın dostu və müttəfiqi oldu, amerikanlar bombaları dost kimi onların başına atmağa başladı. Sonra dedi ki, sən demokratik olmalısan və bunu sübut eləmək üçün Bənazir xanımı ölkəyə qaytarmalısan. Qaytardılar. Sən demə, xanım da heç dinc oturan xanım deyilmiş, gəldiyi gündən Pakistan qaynayır. Amerika da demokratiya oynamağı davam elətdirməkdədir, deyir Müşərrəf nahaq fökqəladə vəziyyət elan eləyib, o gərək hərbi paltarını çıxarsın, ölkənin hərbi rəhbərliyindən getsin, vaxtından qabaq prezident seçkiləri keçirsin, sonrasına baxarıq. Sözsüz ki, bunu birbaşa özü demir, ləhcəsi gözə çarpmasın deyən pakistanlıların öz dili ilə dedirtdirir. Pərviz Müşərrəf də ləhcəsiz-zadsız öz dilində deyir ki,fövqəladə vəziyyəti də ləğv eləyirəm, prezident seçkilərinə də gedirəm, heç Bənazir xanımla da işim yoxdu. Məsələ qalıb paltarın üstündə. Belə çıxır ki, Müşərrəf soyunsa Pakistan tam demokratik ölkə olacaq, soyunmasa ölkənin işi bitib...
   
   Amerika

TƏQVİM / ARXİV