Bu günlərdə həmkarlarımdan biri mənə kitab gətirmişdi. O dedi ki, "bunu sənə dostun göndərib və bildirib ki, əgər kitab onu bir balaca yerindən tərpətsə, ürək sözlərini yazsın, oxuyub şad olaram".
Doğrusu kitab bükülü olduğundan hansı dostumdan gəldiyini əvvəlcə bilmədim. Sonra nəfis şəkildə "Açıq dünya" nəşriyyatı tərəfindən çap olunmuş, Sabir Abdinovun "Sənə məktublarım" kitabını görüb, çox sevindim və xatirələr məni uzaq illərə apardı - 80-ci illəri xatırladım və...
Ötən şənbə-bazar günləri Sabir müəllimin "Sənə məktublarım"ı oxudum. Açığını deyim ki, kitabı oxumağa məni daha çox həvəsləndirən dostumun mənə yazdığı avtoqraf oldu. Sabir müəllim yazmışdı ki, "Əbülfət, "Sənə məktublarım"ı Faiqdən göndərirəm. Ən xoş arzularla, ən kövrək duyğularla...
... Sənə də mətub yazacağam... Ancaq sən doğma Tuğda yaşayanda... Və payız yarpaqlarına bükülüb özüm də Tuğa gələcəm".
Bu sözləri oxuyandan sonra tələbəlik illərinin şirin və son dərəcə də kövrək olan, qayğısı başdan aşan günlərinin həniri aldı məni qoynuna. Elə bil o illərin nəyi vardısa, hamısı müəllifin ruhunun səsi olan misraları ilə məni sorğusuala tutmağa, ötən günləri duyğusal mühitini yenidən yaşamağa həvəsləndirir, ruhlandırırdı. Bilmirəm, mənim yazdıqlarmı, dediklərimi Sabir müəllim nə qədər səmimi qəbul edəcək, amma həqiqətən mən elə bu avtoqrafla köklənib "Sənə məktublarım"ı oxuya-oxuya ürəyimdə bu yazını yazırdım...
Hər bir şair, hər bir söz adamı sözünün tutumundan, böyük və yaxud kiçikliyindən, müdrik və yaxud adi olmasından asılı olmayaraq qələmlə, kağızla baş-başa qalanda özünü yazır, özünü qələm vasitəsi ilə kağıza köçürür. Bu mənim qəti qənaətimdi. Çünki bu günədək oxuduğum, tanıdığım, həmsöhbət olduğum, dostluq etdiyim bütün söz adamlarının hamısını mən sonradan öz yazıları ilə eyni sifətdə görmüşəm. Tutaq ki, bu günümüzün şairi Ramiz Rövşəni oxuyanda, misraların arasından Ramiz müəllim mənimlə pıçıldaşıb və yaxud rəhmətlik Akif Səmədi misra-misra canımdan keçirəndə özü də canıma-qanıma hopub. Bax, bu mənada bu günlərdə üç cilidliyini yenidən oxuyub başa çıxdığım Vaqif Bəhmənlinin də hər vergülündə, hər nöqtəsində onun özünü gördüm. Və nəhayət Sabir müəllimi də oxuduğum bu anlarda mənə elə gəldi ki, universitet piləkələrindən özünəməxsus ləngərlə qalxan, jestləri ilə səsini cilalayan həmin o tələbə oğlan misraların arasında dayanıb... və mənə özü pıçıldayır şerlərini... Daha doğrusu məktublarını...
Öncə onu deyim ki, şerlər, yəni məktublar birmənalı olaraq konkert ünvanlara yönəldilib. Bu ünvanlar da vətəndi, onun təbiətidi, sevgidi, həsrətdi, vüsaldı, kədərdi... Və bir də doğmalar, dostlar, övladlardı. Bax, bu sadaladığım ünvanların içərisində mövzunun da, fikrin də bir-birini tamamlaması ilə yanaşı, həm də bir zəncirvarilik də özünü əks etdirir. Tutaq ki, vətəndən, Qarabağdan yazılan şerlərin içərisində böyük ürək yanğısı ilə yaşanan duyğularla birlikdə Füzuliyə yağan qarın nisgili də özünü göstərir. Çünki "Füzuliyə qar yağır" amma o qarı müəllif kənardan seyr edir, kənardan onun xəfifliyini, onun doğmalığını, onun sinəsinə düşəcək izləri xəyalən yaşayır. Amma çox istəyir ki, Füzuliyə yağan qarın üstündə o yerin sakinlərinin, eləcə də onun özünün də ayaq izləri olsun. Və deyir ki:
Bağlı qalıb hər qapı,
Kim oynasın qartopu?!
Mənə bir uşaq tapın -
Füzuliyə qar yağır.
Bəli, dörd fəsildən ibarət olan bu kitabdakı şerlərin hər biri bir hadisənin, bir mənzərənin, bir yaşamın əksidi. Ona görə də istər görkəmli gitaraçı Rəmişə yazılmış olsun, istər övladlara, istər dostlara ünvanlansın, fərqi yoxdur, bu şerlərin hər birində müəllifin ürəyi, qəlb çırpıntıları, səmimiyyəti var. Mayasında səmimiyyət olan söz də mütləq könül oxşayır, diqqət çəkir.
Sabir Abdinov həm də kövrək mahnıların müəllifidi. Bu kitabda onun sözlərinə yazılmış mahnıların da, nəğmələrin də bir çələngi toplanıb. Bəstəkarlardan Nadir Əzimovun, Vüqar Camalzadənin və digərlərinin gözəl musiqilər bəstələdiyi bu mahnılarda sevən, sevilən bir ürəyin, vüsalın, həsrətin notları könül oxşmaqla yanaşı, həm də xəyalı bir dünya qurur və bu dünyadan doğma bir səs bizi haraylayır:
Unut kədərini, qəmini unut,
Unut, gözlərinin nəmini unut,
Unut o sevginin dəmini, unut,
Unut, unut məni, unuda bilsən.
Və yaxud da:
Bu gün mənim kimi dolmuşdu göylər,
Mən yağış istədim, yağmadı yağış.
Axdı ürəyimə gözümün yaşı,
Buludun gözündən çıxmadı yağış.
... Bir sözlə bu kitabda oxucu nəğməyə də bürünə bilər, Vətən sevgisinə də, Qarabağ həsrətinə də. Təbii ki, bürnmək istəyənlər axtarıb tapacaq bu kitabı. Və mən avtoqrafın təsiri altında Sabir müəllimə ünvanladığım bu balaca - atüstü yazıda sonluq olaraq bir zarafat da etmək istəyirəm. Sabir müəllimin məşhur mahnılarından biri də dənizlə bağlıdır. Deyir ki, "Mənə dəniz verin"...
Sabir müəllim, əzizim, sənə, mənə, bizim kimilərə "dəniz" lazım deyil. Nə badə dəniz istəyəsən, dənizin öz sahibi var. Sən, mən elə öz dünyamızın sahibi olsaq, özümüz kimi yaşayıb, özümüz kimi könül verdiyimiz söz dünyasında qala bilsək, məncə bu bəsimizdi. Təbii ki, bu mənim arzumdu... Və bu arzu və dost salamı ilə: