adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
17 Oktyabr 2014 15:31
4436
SAĞLAMLIQ
A- A+

Saçlarınız ağarmasın!

Saçların erkən ağarması insanda kompleks yaradan amillərdəndir. Saçlar qeyri-sağlam qidalardan, vitamin əksikliyindən, stresdən, saç boyalarından, davamlı fen istifadə etməkdən vaxtsız ağara bilər. Pəhriz saxlamaq da saçların korlanmasına və tez ağarmasına gətirib çıxarır. Az yemək, ac qalmaq, hansısa vitaminləri qəbul etməmək saçlara və bütün orqanizmə mənfi təsir göstərir. Spirtli içkilər və qəhvə də saçların ağarmasını sürətləndirir. Bunun qarşısının alınması üçün aşağıdakıları sınaqdan keçirin:


* Turş meyvələrə üstünlük verin.

*Yaşıl rəngli tərəvəzləri qida rasionundan əksik etməyin.

*Ağartı məhsullarından, xüsusən də qatıqdan bol-bol istifadə edin.

*Kərə yağıyla bişirilmiş yeməklər yeyin.

*Badam yağıyla saç dibini həftədə bir dəfə masaj edin.

*Saçlarınızı yuduqdan sonra dəmlənmiş çayla durulayın.