adalet.az header logo
  • Bakı 18°C
17 Oktyabr 2014 11:23
4470
SAĞLAMLIQ
A- A+

Ebola virusuna görə 45 xəstəxana ayrılıb

Türkiyənin 36 vilayətində ölkədə baş verə biləcək Ebola virusuna yoluxma halları ilə bağlı 45 xüsusi xəstəxana ayrılıb. Bu barədə "Milliyyət” qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Xüsusi təyinatlı xəstəxanalar əsasən beynəlxalq aeroportların mövcud olduqları vilayətlərdə ayrılıb. Xəstəxanaların 3-ü Ankarada, 2-si İstanbulda ayrılıb.

Bundan başqa virusun önlənməsi üçün Türkiyədəki hava limanlarında Ebola virusunun aşkar olunduğu ölkələrin vətəndaşları yoxlanılacaq.

Qeyd edək ki, yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb. Son məlumatlara görə, Ebola virusuna 8914 nəfər yoluxub, onlardan 4447-si ölüb.