adalet.az header logo
  • Bakı 11°C
16 Oktyabr 2014 18:01
33883
AVTOMABİL
A- A+

3 milyon dollarlıq maşın-villa

Birləşmiş Ərəb Əmirliklərində keçirilən bir avtosərgidə çarxlı villa nümayiş olunub. Adalet.az xəbər verir ki, "Elemment Palazzo” adlı bu maşın-villanın 3 milyon dollar qiyməti var. Dünyanın ən bahalı çarxlı villası sayılan maşın tanınmış avstriya şirkəti olan «Marchi Mobile» tərəfindən hazırlanıb.

Maşının təyyarələrdə olduğu kimi trapı, yaxtalardakı kimi açıq meydançası-göyərtəsi var. İkimərtəbəli maşın-villanın çəkisi 20 tondur. Uzunluğu 12 m, hündürlüyü 4,11 m-dir. Döşəməsi parket olan bu maşında massaj kreslolu xüsusi istirahət otaqları da var.