adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Oktyabr 2014 17:12
6396
SAĞLAMLIQ
A- A+

Zəncəfil – dərinin dostu

Zəncəfilin kulinariyada geniş istifadə olunduğunu, yeməklərə xüsusi dad verdiyini bilirsiniz. Ümumilikdə orqanizm üçün bir çox faydaları var. Amma bu gün zəncəfilin dəriyə olan faydalarını qeyd edəcəyik:

*Əvvəla zəncəfil qatılmış su antiseptik qabiliyyətə malikdir. Bütün dəri problemlərində istifadə oluna bilər.

*Kosmetologiyada zəncəfil dərinin rənginin yaxşılaşdırılması, təravətləndirilməsi üçün istifadə olunur.

*Dəriyə elastiklik verir, daimi istifadədə xırda qırışları götürür.

*Allergiya, sızanaqlar əlehyinə istifadə olunur.

*Hər dəri növündə istifadə olunsa da, əsasən yağlı dərilər üçün çox xeyirlidir. Dəridəki artıq yağlılığı aradan qaldırır.

*Həssas dərilərin sakitləşdirilməsi üçün effektlidir.

*Dərini nəmləndirir.

Üstəlik sadalananlar təkcə üz dərisi üçün nəzərdə tutulmur. Xüsusən də dekolte hissənin elastikliyi və təravətliliyi üçün çox faydalıdır.

Əksər kremlərin təkibinə zəncəfil qatılır. Ev şəraitində zəncəfili su ilə qarışdıraraq bir az dincə qoyub losyon kimi istifadə etmək olar. Bundan başqa, 1 qaşıq zəncəfil tozunu yarım qaşıq su ilə qarışdırıb skrab kimi də istifadə edə bilərsiniz.