adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Türkün əcnəbi sevdası

5480 | 2014-10-16 15:26

 

Şərqdə, xüsusilədə türk dünyasında, bəlkə də, ən çox danışılan, müzakirə edilən mövzudur… Türkmillətləri üçün, az qala, hər bir əsrin ciddi, aktual mövzusu olub. Amma bumüzakirələr, narahatlıqlar, çağırışlar bir fayda veribmi?! Qətiyyən, əksinətürk kişisinin əcnəbi qadına düşkünlüyünü, marağını daha da artırıb. Qadağanolunmuş buğda və ya alma kimi… Əslində, bu mövzu mənim ürəyimi vuran, hətta birtürk qadını olaraq qıcıqlandıran mövzudur. Amma ürəkdə qalıb, daha çox"allergiya” verəcəyindənsə, qələm-kağıza tökülməyi daha yaxşıdır. Bir az romantik alındı, indi fikirlərklaviatura və monitora tökülür. Amma mövzunun söykəndiyi elə türk kişisininbayağı və təhlükəli romantikası olunca, mənim romantikam yersiz və şitgörünməz.

Necə oldu ki, bumövzuya toxundum (ya da dirəndim. "Divar”ı aşmayınca yola davam eləmək olmur.).Bu günlərdə Türkiyə mətbuatı və mediyasında iki bənzər xəbər gördüm: demək,mətbuatda bildirilirdi ki, Bolqarıstan və Rumıniyadan olan qadınlar eləyaşadıqları ölkədəncə Türkiyəyə, əlbəttə ki, kişilərə zəng edib tanış olurlar.Bir-iki həftədən sonra onlardan külli-miqdarda pul istəyirlər. Bununmüqabilində də Türkiyəyə gələcəklərini, o adamlarla yaxın təmas quracaqlarınıvəd edirlər. Türk kişiləri də quzu-quzu deyilənə əməl edib o qadınlarınhesabına banklara minlərlə avro yatırırlar. Amma pullar banklara yatırıldımı,qadınlar ilim-ilim itirlər. Bu səbəbdən kişilər aidiyyatı orqanlara müraciətediblər. Amma işin maraqlı və acınacaqlı tərəfi ondadır ki, kişiləri hiddətləndirənpulların it-bat olması deyil, o qadınların niyə vədinə əməl etməməsidir. Yazınıverən mətbuat orqanı araşdırıb ki, sarışın gözəllər üçün pullarından keçənkişilərin 80 faizi heç də varlı deyil, orta və ya kasıb təbəqədəndir. O pullarıda borc-xərc, hansısa əmlakını satmaqla əldə edərək göndəriblər. Sual yaranır:arvad-uşağına, hətta türk məşuqəsinə qəpik-quruş xərcləyən kişi ağmaya əcnəbiyəniyə bu qədər pul xərcləyir? Və ya türk məşuqənin o qadınlardan nəyi əksikdir?Sonucda hər ikisi eyni məqsədə xidmət etmirmi?

İkinci xəbəritürk telekanallarının birində izlədim: cavan türk kişisi slavyan bir qadınlamünasibət qurur. Bir müddət sonra qadın ona xəyanət edib onun dostu iləgörüşür, daha sonra bu iki dostun birgə işlədiyi idarənin müdiri ilə yaxınlıqedir. (Yəni, təəccüblü deyil, slavyan qadınları daha yuxarı çıxmaq üçün kişidənhəmişə pilləkən kimi istifadə ediblər.) Daha sonra, "səhnə”yə bir uşaq çıxır.Qadın özünə sərf elədiyi üçün doğulan uşağın müdirdən olduğunu deyir. Dostlarisə öz aralarında uşaq üstə qırğına çıxırlar. Və… efirdə uşağın ona aid olmasıilə əlaqədar dəlil-sübut sadalayırlar. Sonda isə uşağı və anasını hər şeyərəğmən qəbul etməyə hazır olduqlarını deyirlər.

Bu yerdə tarımaçəkilmiş əsəb tellərimi, sağ olsun aparıcı, türkün sözü "gəvşədə” bildi. Onlarakömək etmək yerinə dişinin dibindən çıxanı dedi. Üstündən də bu sualı verdi:"Bu qadının yerinə türk qızı olsaydı, yenə "hər şeyə rəğmən” – bütünyanlışlarıyla qəbul edərdinizmi?” Aydın məsələdir ki, sualın cavabı nala-mıxavurmaq oldu. Dolayısıyla – yox!

Böyük Çingizxanın"Türklər heç vaxt məğlub olmazdılar, əgər… öz millətlərinin qızları ilə evlənsəydilər”fikri necə də yerinə düşür. Bunu türk kişisi özü də yaxşı anlayır. Ammaneyləsin ki, əcnəbi qadına olan düşkünlüyü pis vərdiş kimi yaxasından əlçəkmir. Hər kəsə bəllidir ki, 3 qitəyə hakimlik edən Osmanlı Səltənətini yəhudiəsilli rus yıxdı! Sarışın gəlinlər elə Səfəvilər üçün də baha başa gəlib. Bəlkəbu üzdəndi ki, yarandığı gündən indiyədək "Sarı gəlin” mahnısı türk xalqlarıüçün qeyri-rəsmi himnə çevrilib?! Necə ki, sarışın qız üstə qarabala kişilərin həmişə davasıdüşüb, elə bu mahnının da yiyəsi olmaq üstündə qırğındı.

Dahilərdən misalçəkmişkən birini də yeri gəldiyi üçün deyim: "Türkün 3 düşməni var - yuxu,tənbəllik və qadın düşkünlüyü”. Bunu vaxtilə Dədə Qorqud deyib, amma göründüyü kimitürk kişisi üçün vaxt anlayışı yoxdur, əvvəlində necə olubsa, qiyamətə qədər dəbelə gedəcək.  

Amma maraqlıolan bir məqam da var ki, slavyan qadınları təkcə türk millətlərindən olankişilər üçün yox, bütün dünya kişiləri üçün şeytanın qadın obrazına çevrilib.Hətta bir ara bəzi ölkələr rusqızlarına viza verməkdən imtina etmişdilər. Səbəb isə bizə yad deyil: rusqızlarının sayəsində ailələrin dağılması göstərilirdi. Yadıma gəlir, bu xəbəriRusiya kanallarında izləyəndə onlar həmin ölkələri necə lağa qoyur və öz"qələbələrini” şadyanalıqla qeyd edirdilər, hələ acıq da verirdilər ki, qadağaqoymaqla deyil, istəsək "çerez” televizor kişilərinizi əlinizdən alarıq.

Yaddaş arxivim açılmışkən9 yaşımda şahidi olduğum bir hadisəni danışım: anam məni özüylə işlədiyi zavodaaparmışdı. 8 Mart- Qadınlar bayramı ilə əlaqədar orada qonaqlıq olacaqdı. O zaman ruslarınhələ cövlan etdiyi vaxtlar idi. Necə oldusa, azərbaycanlı qadınlardan biri rusqadınla mübahisə etməyə başladı. Əsəbi qadın rus həmcinsinə çımxırdı ki, bəskişilərimizin ən yaxşısını- yaraşıqlısını, pullusunu əlimizdən alırsınız, heçolmasa diliniz qısa olsun. Rusun cavabı isə konkret və "öldürücü” oldu:"Narahat olmayın, qocalıb əldən düşəndə, heç bir işə yaramayanda özünüzəqaytaracağıq. Siz sadəcə səbrli olmaqda davam edin!” – məncə burada şərhioxucuların ixtiyarına versəm yaxşıdır. Amma acı həqiqətin Azərbaycanqadınlarını necə susdurduğu, kişilərin başlarını xəcalətdən necə yerə dikdiyisəhnə bu gün də gözlərimin önündədir.

Dediyim kimi,rus və digər slavyan qızları təkcə türk qadınlarının deyil, dünyanın əksərmillətinin qadınları üçün kabus olublar. Məşhur yazıçı Paulo Koelyonun "11dəqiqə” əsərində  belə bir hissə var. Deməli gözəl, 23 yaşlı, yüngül əxlaqlı qız öz gündəliyində yazır:"İşlədiyim barda hər millətdən olan əxlaqsızlar vardı. Aralarına 3 rus qızı dagəlmişdi. Amma onlar tezliklə öz müştərilərinə ərə getdilər. Maraqlıdır, bu ağcamaya rusqızları digər qızlardan heç də gözəl olmadıqları halda, əxlaqsız olmalarınabaxmayaraq, hamıdan tez ərə gedirlər”.

Nəzərə alsaq ki, Koelyonun bu əsəri real hadisələrə söykənir, onda beləçıxır ki, rus qızlarının fərasəti təkcə bizlər tərəfindən şişirdilməyib. Üstəlik bunu gözəlliyi və istiqanlılığı ilə canlaralan latın amerikan qadın deyir!

Elə isə məsələtəkcə kişilərin cinsi həssaslığında deyil, burda başqa məqamlar da var: bu qızlarya Allah tərəfindən xüsusi seçilmişlərdir, ya da şeytan tərəfindən. Başqa sözləya bəxtləri ovuclarına yazılıb, ya da iblislə müqavilə bağlayıblar. Bir"Mirsaşa” (yəni ruslaşmış seyid) qonşum vardı, deyərdi ki, rus qızlarıAllahın kənizləridir. Ona görə özünə lazım olanda onlar vasitəsilə iş görür,olmayanda isə yaxşı bəxt yazıb gözündən uzaqlaşdırır. Məni mövhumatçılıqdaqınamayın, daha tutarlı izahatınız varsa,buyurun! 

TƏQVİM / ARXİV