adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Oktyabr 2014 11:51
12236
TEXNOLOGİYA
A- A+

Rusiya kosmosa “ağıllı” mini-peyklər buraxacaq

Rusiya 2016-cı ildə ilk "ağıllı” mini-peyklərini orbitə buraxacaq. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Elmi-tədqiqat və İnnovasiyalar İnstitutundan bildirilib. Qeyd olunub ki, bu cür "ağıllı” mini-peyklər ilk dəfə qrup şəklində fəaliyyət göstərə, həmçinin bir-birilərini insan əlinə ehtiyac olmadan, elə kosmosdaca təmir edə biləcəklər. Bu da öz növbəsində kosmonavtların işini daha da asanlaşdıracaq.   

Mini-peyklərin hazırlanması və proqramlaşdırılması layihəsi Tomsk Politexnik İnstitututnun "Kosmonit RKS” elmi-texnoloji mərkəzinə tapşırılıb.