adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Oktyabr 2014 09:10
10006
MARAQLI
A- A+

Cəlilabadda nəhəng qartal tutulub

Cəlilabad rayonunun Uzuntəpə kəndində nəhəng qartal tutulub. Kəndin üzərindən səmada uçan bir neçə qartal bir-biri ilə dalaşan zaman onlardan birinin qanadı qırılıb və o dəstədən ayrılaraq kənd sakini Vahid Agayevin həyətinə düşüb.
Ev sahibi qartalı tutmaq istəyərkən, yaralı vəhşi quş ona hücum edərək əlinə xəsarət yetirib. Qonşuların köməyi ilə qartalı tutmaq mümkün olub.
Kənd sakinləri indiyədək belə qartalın yaxından uçduğunu görmədiklərini və onun hansı növə məxsus olması barədə məlumatsız olduqlarını bildiriblər.
Vəhşi quş əlaqədar təşkilatlara təhvil veriləcək.