adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
15 Oktyabr 2014 16:11
13506
MARAQLI
A- A+

Cəlilabadda nəhəng qartal tutulub - Foto

Hadisə Cəlilabad rayonunda baş verib

lent.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, kəndin üzərindən səmada uçan bir neçə qartal bir-biri ilə dalaşan zaman onlardan birinin qanadı qırılıb və o dəstədən ayrılaraq kənd sakini Vahid Ağayevin həyətinə düşüb. Ev sahibi qartalı tutmaq istəyərkən, yaralı vəhşi quş ona hücum edərək əlinə xəsarət yetirib. Qonşuların birgə köməyi ilə qartalı tutaraq bağlayıblar.

Kənd sakinləri indiyədək bu cür qartalın yaxından uçduğunu görmədiklərini və onun hansı növə məxsus olması barədə məlumatsız olduqlarını bildiriblər. Onların sözlərinə görə, vəhşi quş əlaqədar təşkilatlara təhvil veriləcək.