adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Oktyabr 2014 13:12
11547
HADİSƏ
A- A+

İsmayıllıda itkin düşən şəxsin meşədə asılmış meyiti tapılıb

Keçən ay itkin düşən gəncin intihar etdiyi ehtimal edilir

İsmayıllıda itkin düşmüş 25 yaşlı oğlanın meyiti tapılıb. Adalet.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cari il sentyabr ayının 26-da İsmayıllı rayonunun Diyallı kənd sakini Məhəmməd Kərimov evdən çıxıb və geri qayıtmayıb.Oktyabrın 14-də Diyallı kəndinin meşə zolağında M.Kərimovun ağacdan asılmış vəziyyətdə olan qismən cürüməyə məruz qalmış meyiti tapılıb.

Faktla bağlı araşdırmalar aparılır.

*****

14 oktyabr 16:12

İsmayıllının Diyallı kənd sakini Məhəmməd Kərimov itkin düşüb.Adalet.az-ın xəbərinə görə, Rayon Polis şöbəsinə ərizə ilə müraciət edən Əhman Kərimov onunla birlikdə yaşayan 31.07.1989-cu il təvəllüdlü oğlu M.Kərimovun bu il sentyabrın 26-da səhər evdən xəbərsiz çıxaraq getdiyini və bir daha geri qayıtmadığını bildirib.

M.Kərimovun xarakterik əlamətləri aşağıdakılardır: Boyu 176 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları şabalıdı rəngdədir.

M.Kərimov evdən çıxan zaman əynində göy rəngli qısaqol köynək, qara rəngli cins şalvar, ayağında isə qara çəkmə olub.

Onu görənlərdən və ya itkin düşmüş şəxs haqqında hər hansı məlumatı olanlardan (050) 211-31-84, (0178) 5-44-87 və 5-55-11 nömrəli telefonlara zəng vuraraq bu barədə İsmayıllı RPŞ-nin növbətçi hissəsinə xəbər vermələri xahiş olunur.