adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

KiMLƏR MƏSULiYYƏTSiZ OLA BiLƏR

OQTAY SALAMOV
20971 | 2007-11-08 07:08
Yenə də cavab vermək, nəyəsə, kiməsə görə söz götürmək məcburiyyətində qalmışıq. ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini Daniel Frid Azərbaycana gəldi və Avropaya, Asiyaya aid ürəyində nə vardısa hamısından danışdı, məsləhətlərini verdi, qoyduğu suallara cavab istədi. Bizimkilər də bütün hesabatlarını verdilər, əyir-əskikləri düzəltməyə söz verdilər. Daniel müəllimin bir iradı da bizlərə aid olub. Qonağın "məsuliyyətsiz mətbuat" anlayışına münasibətinə münasibət bildirən millət vəkili Əli Əhmədov dövlət katibinin müşavirinin dediklərini təsdiqləyərək bir az da konkretləşdirdi: "Məsuliyyətsiz jurnalistlər olmamalıdır. Bunun üçün hami çalışmalıdır".
   
   Tamamilə doğru istək və iraddır. Millət vəkilinin açıqlamasından sitat gətirək və kimsə bu fikirlərlə razı deyilsə, arqumentini ortaya qoysun. Əli müəllim deyib: "Azərbaycanda bəzi qəzetlərin müxbirləri ilə cəmiyyət problemləri mövcuddur. Mətbuatın məqsədi insanların ləyaqətini alçaltmaq ola bilməz. Digər bir tərəfdən hər bir vətəndaşın hüquqları var və vətəndaşın hüquqlarının qorunması da qanunla müəyyən edilib. Azərbaycanın qanunvericiliyində təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutulur və ölkənin hər bir mətbuat işçisi də bunu yaxşı bilir. Belə olan halda məsuliyyətsiz jurnalistlər ayrı-ayrı vətəndaşların hüquqlarını tapdalamaq yolu seçməməlidirlər".
   
   Doğrudan da qızıl kimi sözlərdir.

TƏQVİM / ARXİV