adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Oktyabr 2014 11:17
29651
AVTOMABİL
A- A+

Azərbaycana gətirilən avtomobillərin sayı azaldı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 47 984 ədəd avtomobil idxal olunub.

Adalet.az xəbər verir ki, bu məlumat Dövlət Gömrük Komitəsinin hesabatında yer alıb.
Xəbərdə deyilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 518 avtomobil və ya 36,4% azdır. Ötən ilin avqust ayı ilə müqayisədə isə bu rəqəm 4 708 maşın və ya 10,9% artım deməkdir.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 244 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 43 496 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 3 946 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 298 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.