"BUGüNKü MüXALiFƏT TüKƏNiB"

ƏBÜLFƏT MƏDƏTOĞLU
32979 | 2007-11-08 07:31
Bugünkü həmsöhbətim öz fəaliyyəti ilə, özünün bundan öncə parlamentdəki mövqeyi və siyasi hadisələrə konkret yanaşması ilə həmişə diqqəti çəkən insanlardan biridir. Mən deyərdim ki, ziyalılığı, dünyagörüşü və ölkədə aparılan islahatlara özünün orijinal yanaşması ilə diqqəti çəkən Anar Axundzadə bu gün də sıralarında olduğu Yeni Azərbaycan Partiyasının mövqeyini, ilk öncə isə Ulu Öndərimiz Heydər Əliyev cənablarının layiqli varisi olan Azərbaycan prezidentinin dəst-xəttini yüksək qiymətləndirməklə özünü həmin sıranın bir əsgəri sayır. Elə söhbətimiz zamanı da biz bugünkü reallıqlardan, baş verən hadisələrdən söz açdıq.
   
   - Anar müəllim, necəsiniz? Naxçıvanda nə var, nə yox?
   
   - Çox sağ olun. Öncə onu deyim ki, bu gün Naxçıvan da Azərbaycanın bir bölgəsi kimi öz inkişafının yeni, uğurlu bir mərhələsini yaşayır. Bütün bölgələrimiz kimi, Naxçıvanda da quruculuq işləri öz tempinə görə çox diqqətə layiqdir, insanların yaşamaq, yaratmaq istəyi daha böyükdür.
   
   - Sualımı ona görə Naxçıvandan başladım ki, siz ötən çağırış parlament seçkilərində Naxçıvandan millət vəkili seçilmişdiniz və bu gün Naxçıvan barəsində mətbuatda ziddiyyətli fikirlərə rast gəlirik. Sizcə, əsl həqiqət necədir?
   
   - Xatırlatdığınız kimi, mən 2000-2005-ci illərdə parlamentdə təmsil olunmuşam. Onda da, elə indi də Naxçıvanda baş verən hadisələrə, görülən işlərə həmişə müxalif mətbuat, müxalif düşərgə qara eynəklə baxıbdır. Mən Naxçıvanla bağlı adamam. Ailəm, doğmalarım ordadır. Odur ki, buradakı real vəziyyəti burada oturub Naxçıvan barəsində yazanlardan daha yaxşı bilirəm. Mən çox istərdim ki, Azərbaycan müxalifəti nəhayət ki, öz keçmiş qaragüruhluğundan, qarayaxmalarından əl çəksin. Çünki bugünkü müxalifət öz missiyasını artıq çoxdan başa vurub. Bu gün yeni müxalifətə, reallığı görə bilən, hər şeyi öz adıyla çağıra bilən müxalifətə ehtiyac var. Yenə vurğulayıram ki, meydan müxalifəti artıq öz dövrünü başa vurub. Bizim Azərbaycan cəmiyyəti artıq 1993-cü ildən başlayaraq dirçəliş, inkişaf, tərəqqi yolundadır və onun təkcə regionda deyil, eləcə də dünya miqyasında böyük uğur qazanması təbii ki, məhz Heydər Əliyev iqtisadi-siyasi kursunun bəhrəsidir. 2003-cü ildən həmin kursu cənab İlham Əliyev həyata keçirir. Bu kurs birmənalı olaraq Azərbaycan xalqının rifahına və dövlətçiliyinə xidmət edir. Deməli, Azərbaycanın bir bölgəsi olan Naxçıvanda da qeyd etdiyim inkişaf məhz bugünkü iqtidarımızın uğurlu siyasətinin bəhrəsidir. Müxalifətin də bugünkü xəstəliyi qarayaxmadır. Onlar da Naxçıvan barəsində öz arzularını, öz qara fikirlərini yazırlar. Unudurlar ki, bu gün Azərbaycanın bütün regionları inkişaf edir və möhtərəm prezidentimiz bəyan edib ki, o, bütün Azərbaycanın prezidentidir. Deməli, Azərbaycanda yaşayan hər bir kəsin prezidentidir. Bir məqamı qeyd etməliyəm ki, bugünkü uğurların bəhrəsindən Azərbaycan vətəndaşı olaraq müxalifət də istifadə edibdir, ancaq nədənsə onu qiymətləndirməyi unudurlar. Blokada vəziyyətində yaşayan Naxçıvan bugünkü uğurları ilə yaşayır və döyüşür.
   
   - Anar müəllim, blokadada olan Naxçıvanın bir "nəfəs yolu" da Türkiyədir. Artıq Türkiyənin yeni prezidenti özünün ilk rəsmi səfəri ilə ölkəmizə təşrif buyurub. Sizcə, bu əlaqələrin bizim üçün, Naxçıvan üçün daha hansı perspektivləri ola bilər?
   
   -

TƏQVİM / ARXİV