adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Oktyabr 2014 14:14
49096
AVTOMABİL
A- A+

Rusiyanın maşın bazarı çökə bilər

2016-cı ildən etibarən təhlükəsizlik yastıqları olmayan avtomobillərin dünya bazarına çıxarılmasına qadağa qoyulacaq. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Dünya Gömrük İttifaqının texniki reqlamentinə görə, avtoqəzaların faciəvi bitməsinin qarşısını almaq üçün yalnız belə yastıqcıqlı maşınların xarici ölkələrdə satışına icazə veriləcək. Belə olduqda isə Rusiya istehsalı olan maşınlar "təhlükə” altına düşəcəklər. Belə ki, şimal ölkənin maşınlarının böyük əksəriyyəti yastıqsız buraxılır. 2016-cı ilə qədər bu çatışmazlıq aradan qaldırılmasa, Rusiyanın maşın bazarı ciddi süquta uğraya bilər.