adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Oktyabr 2014 14:04
16199
KRİMİNAL
A- A+

İlham Mirzəyevə hökm oxundu

Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İ. Mirzəyev isə çıxışında onun barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edib. Bundan sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.