adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Oktyabr 2014 14:03
12253
GÜNDƏM
A- A+

Ebolaya dərman tapıldı! İtirmişdilər ki?!

Donuz qripi, eşşək qripi, Çin tozu, Sibir yazvası, qancıq sidiyi… Hər il bir xəstəlik çıxır. Minlərlə adam ölür, guya dərman axtarırlar və sonra da guya tapırlar. İndi də ebola çıxıb və dünən dedilər ki, guya ona da «aşı» tapdılar, yəni dərman.

Rəhmətlik Pavlov təcrübəni itlərin üzərində aparırdı. İndi təcrübəni insanların üzərində aparırlar. Bir tərəfdən dərman mafiyası, bir tərəfdən də siyasət. Çin tozunun Çinin iqtisadiyyatına, Sibir yazvasının da Rusiya iqtisadiyyatına nə qədər zərbə vurduğunu bilmək üçün Yunus Oğuzun «Nadir şah» romanını yarısına qədər oxumaq kifayətdi. Amma axıradək oxusanız da pis olmaz.

Bəli, müasir dünyada insan itdən ucuz olub. İstədim deyim alçaq olub, dedim yaxşı deyil, yazmadım.