adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
13 Oktyabr 2014 15:52
19516
ŞOU-BİZNES
A- A+

Türk məşhurlarının masonluq həvəsi

Masonluq cəmiyyətin bütün sahələrini zaman-zaman əhatə edib. Digər sahələrdə olduğu kimi tanınmış aktyorlar da bu təşkilata üzv olmaqda maraqlıdırlar. Bu xüsusda türk incəsənət adamları da qərbli həmkarlarından geri qalmırlar. Belə ki, Türkiyənin tanınmış aktyoru Tamer Qaradağlı mason olmaq üçün təşkilata müraciət edib. Amma onun bu istəyinə sosial şəbəkələrdə paylaşdığı uyğunsuz görüntüləri mane olub. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əslən azərbaycanlı olduğu bildirilən T.Qaradağlı Masonluq üçün buna qədər də bir neçə dəfə müraciət edib.

Maraqlıdır ki, adı çoxlarında vahimə yaradan həmin təşkilata üzvlüyü türk məşhurlar heç vaxt gizləmirlər. Türkiyənin digər məşhur simalarından olan Sezen Aksu, Nilufer, Burak Kut, Ozon Orhon, Harika Avcı, Zeki Alasya ("Küçük ağa" serialında Mehmet ağa, əşirət başçısı) və "Yaşıl Cam” dövrünün məşhur aktyoru Adnan İşık, Kenan İşık ("Kim milyoner olmak ister" teleşousunun keçmiş aparıcısı), mərhum telejurnalist Mehmet Ali Birand, yazıçı Orhan Pamukun da masonlar sırasında olduğu iddia edilir.