Şah İsmayıla hücumların kökündə nə dayanır?

AQİL ABBAS
96453 | 2014-10-13 15:33

Son zamanlarAzərbaycanın görkəmli dövlət xadimi, dünyanın böyük sərkərdələri ilə bir sıradadayanan sərkərdəsi Şah İsmayıla qarşıhəm ölkəmizdə, həm də xaricdə bir cəbhə açıblar. Hətta tanınmış ziyalılarımızda Şah İsmayılı nüfuzdan salmaq üçün yorulmadan məqalələr yazır, müsahibələrverir və sair və ilaxır. İndi də biri Mazandarandan çıxıb, roman yazıb, Şahİsmayılı aşağılayıb, sonra da bizim mətbuat vasitələrində palaz-palaz müsahibələrverir. Adı yadımdan çıxdı deyəsən əsl adı Məniçöhrdü, hə yadıma düşdü adı, dahadoğrusu, ləqəbi Güntay Gəncalp.

Gərək ki,«Kult.az»da tarixçi-alim Kərəm Məmmədovun ona çox layiqli bir cavabınıoxudum. Təşəkkür edirəm belə savadlı,elmi cavabına görə. Amma mənim fikrimcə, onun palaz-palaz müsahibələrini dərc eləmək lazım deyil ki,sonra da onu reklam edib, cavab verək.

Şah İsmayılahücumların kökündə nə dayanır?!

Məsələbundadır ki, əvvəla bu hücumlar təkcə Şah İsmayıla deyil, Azərbaycanın bir çoxböyük şəxsiyyətlərinə qarşı yönəlib.

BirinciBabəkdən başlayıblar. Heç ərəb xilafətiBabəkə bu qədər zərbə vura bilməmişdilər ki, bizimkilər vurur. Sonra Şahİsmayıl, Füzuli, Mirzə Fətəli Axundov, Qaçaq Nəbi, Həcər xanım və təbii ki,müasir dövrdəki böyük şəxsiyyətlərimizdə onlarla bir yerdə.

Xalqıninanclarına və tarixi şəxsiyyətlərə hücumun kökündə nə dayanır? Ağıllı oxucudərhal hiss edir ki, əvvəlla bu hücumların kökündə Azərbaycana, Azərbaycandövlətinə, Azərbaycan millətinə düşmən olan dövlətlər, xüsusilə də Avropadayanır. Və bizim ziyalılar da bəziləribilərəkdən, bəziləri də bilməyərəkdən Avropanın qurduğu tələyə düşürlər.


Yənibizi istəməyənlər çalışırlar ki, sübuteləsinlər ki, biz millət deyilik, bizim tariximiz və tarixi şəxsiyyətlərimiz olmayıb,bizim dövlətçilik ənənələrimiz yoxdu. Təbii ki, bir millətin tarixi şəxsiyyətləri və dövlətçilik tarixiyoxdursa, o millətin Afrikada qəbilə halında yaşayan tayfalardan heç bir fərqiyoxdur. Özü də Azərbaycan dövləti mökhəmləndikcə, Azərbaycan siyasi və iqtisadicəhətdən söz sahibi olduqca bu hücumlar daha da güclənir.

Gələk Şahİsmayıla. Çünki ən çox hücum onaqarşıdı. Hətta Şah İsmayıl haqqında Sovet dövründə yazılan həm elmi, həm dəbədii əsərləri belə təftiş edirlər ki, guya

buna hökumətözü şərait yaratmışdı Türkiyənin acığına. Cəfəngiyyat.

Birincisi,Sovet dönəmində Şah İsmayılı birsərkərdə kimi, görkəmli bir dövlət xadimi kimi deyil, orta əsrlərdə yaşamış birşair kimi təbliğ edirdilər. AkademikZiya Bünyadovun və eləcə də professor Oqtay Əfəndiyevin və digər alimlərimizinŞah İsmayılı dövlət xadimi kimi tədqiq elədikləri elmi əsərlər də az tirajla çap olunurdu, o da müəyyən yuxarısəviyyəli oxucular üçün. Və həmin vaxt bizim böyük yazıçılarımız – ƏzizəCəfərzadə, Fərman Kərimzadə, Əlisa Nicat həmin o elmi məxəzlərə söykənərəkgeniş oxucu kütləsinin qəbul edə biləcəyi sanballı romanlar ortaya qoydular.

Və onunöqsan tuturlar ki, niyə Nadir şah haqqında əsərlər yazılmırdı, guya hökumətqoymurdu. Əvvəla, Nadir şahla bağlı çoxciddi elmi əsərlər çap olundu Sovetdönəmində və eyni zamanda bədii əsərlər yazılıb. Kim oxumayıbsa getsin NərimanNərimanovun «Nadir şah» əsərini oxusun. Və Sovet dönəmində bu əsər dəfələrlə dənəşr olunub, tamaşaya qoyulub.

Nadir şahda, Ağa Məhəmməd şah Qacar da Şah İsmayılın yaratdığı Azərbaycan dövlətçiliyiuğrunda mübarizə aparırdılar. Elə ona görə dədövlətçiliyimizi istəməyən qüvvələrin sui-qəsdi nəticəsində qətledildilər.

İndidünyanın çox özündən deyən dövlətlərinin yaşı 300-350 ili keçmir. ABŞ başdaolmaqla qonşumuz Rusiya da onun içində.

Amma Şahİsmayılın yaratdığı Azərbaycan Səfəvi dövlətinin özülü 500 il əvvələ gedib çıxır. Hələ mən ondan əvvəlki Azərbaycandövlətlərini bir kənara qoyuram. Yəni təkcə Şah İsmayılın yaratdığı Azərbaycandövlətinin tarixi ABŞ-ın da, Rusiyanın da, Avropanın bir çox dövlətlərinin tarixindən 100-150 ildən artıqqədimdir.

Bizi birdövlət kimi görmək istəməyənlər, bizə düşmən olanlar bax, bunu yeyə bilmirlər.Ona görə Şah İsmayıla daha çox hücuma keçiblər.

Bəli, Şahİsmayıla qarşı cəbhə genişlənir və bucəbhəyə qarşı savaşanlar isə çox azlıq təşkil edirlər. Müəyyənziyalılarımız münasibətlərini bildirirlər və bir-iki tarixçi-alim də buhücumlara sinəsini verir. Əslində burda tarixçi olmayan ziyalılardan daha çoxyük alimlərin üzərinə düşməlidir, tədqiqatçıların üzərinə düşməlidir.

Məhzziyalıların və alimlərin bu məsələdə zəiflik göstərdiyini görən akademikRamiz Mehdiyev ortaya Şah İsmayıla hücumedənləri susdura biləcək sanballı bir əsər ortaya qoydu: «Şah İsmayıl Səfəvi:hökmdarın və döyüşçünün portreti». Əvvəlcə silsilə məqalələr halında«Azərbaycan» qəzeti başda olmaqla müxtəlif mətbuat vasitələrində bu monoqrafiyanəşr olunub geniş oxucu kütləsinə çatdırılıb, sonra da kitab halında çapolunub.

Kitab geniş müzakirə mövzusuna çevrildi və bugün də müzakirə olunmaqdadır. Bir ziyalı kimi mən çox istərdim ki, bu əsər ortaməktəblərin yuxarı siniflərində həm dərsliklərə salınsın, həm də sinifdənkənaroxu kimi geniş yayılsın. Və xüsusilə dəteleviziya kanallarımız həmin əsərin geniş müzakirələrini keçirsinlər. Çünkikitabın tirajı və eləcə də qəzetlərin tirajı bu əsərin daha geniş yayılmasınaimkan yaratmır, amma televiziya tamaşaçıları milyonlarladır.

Xatırlayırsınızsatanınmış rejissor Mehriban Ələkbərzadə Azərbaycan xanlıqları haqqında çoxmaraqlı sənədli filmlər çəkirdi vəteleviziyalar bunu yayımlayırdı və hamının olurdu.

AkademikRamiz Mehdiyevin də millətimiz üçün, dövlətçiliyimiz üçün çox vacib olan buəsəri sənədli film kimi ortaya qoyularsaçox böyük əks-səda yarada bilər. Çünki filmin nə qədər böyük ideoloji bir qüvvəolduğunu hamı çox gözəl bilir. Yəni bu əsərmüxtəlif dillərə tərcümə olunsa da müəyyən oxucu kütləsinə çata bilir.Amma sənədli bir film kimi ortaya qoyulub dünyanın bir çox dillərinə tərcümə olunarsa,qısa bir zamanda Avropa da, dünya da Şah İsmayılın necə bir görkəmli dövlətxadimi olduğunu görmək məcburiyyətində qalacaq və Şah İsmayıla hücum edənlər dəqınlarına çəkiləcək.

Ruslar Pyotrhaqqında neçə sənədli və bədii film çəkiblər. Və yaxud almanlar Bismarkhaqqında və yaxud fransızlar neçəncisəHenri haqqında, italyanlar da o cümlədən, yunanlar da o cümlədən. Sonzamanlar qardaşımız türklər də bu yöndə ciddi addımlar atır.

Biz niyə Şahİsmayıl haqqında həm sənədli, həm də bədii filmlər çəkmirik? Həm çox gözələsərlər var ortada, həm də bunu bacara biləcək rejissorlarımız var, sənətadamlarımız var, həm də Azərbaycan dövlətinin belə filmlərin ortaya çıxmasınaiqtisadi gücü və qüdrəti var.


TƏQVİM / ARXİV