Utanmasan oynamağa nə var ki...

ƏBÜLFƏT MƏDƏTOĞLU
26511 | 2007-11-06 05:22
Payız üzü qışa yaxınlaşdıqca, təbii ki, insanın sümüyü üşüməyə başlayır. Necə deyərlər təkcə bədənin deyil, həm də təbiətin temperaturu yavaş-yavaş özünün od-alovunu nisbətən sərin, sonra isə soyuq dərəcələrə verməyə başlayır. Yəni, termometrin civə sütunu yuxarıdan üzü aşağı meyillənir. İlk baxışdan bu təbii bir prosesdi və fəsillərin dəyişməsi milyon illərin adi qaydalarından biridir. Bunun üçün narahatçılıq keçirtmək və yaxud da onu faciə səviyyəsinə qaldırmaq o qədər də yaxşı qarşılanmaz. Lakin...
   
   Bu gün siyasi müstəvidə temperaturun hansı dərəcədə olması o qədər də anlaşılan deyil. Çünki üzdə, yəni ilk baxışda hər şey öz axarı ilə gedir. Siyasi partiyalar öz proqramlarına və yaxud da hardansa qulaqlarına deyilən işlərin qulpundan yapışırlar, adını da qoyurlar siyasi fəaliyyət. Bir sözlə nəyi, necə etməklərindən asılı olmayaraq, mətbuatda hər gün bütün partiyalar haqqında müxtəlif səpkili yazılara rast gəlmək mümkündür. Bunun özü elə bir dəlil sübutdur ki, bu partiyalar var, fəaliyyət göstərir, qrant alır və sair və ilaxir. Əsas həqiqətdə isə bu partiyaların topasını ən demokratik ölkə sayılan (bunu siyasilər və qəzetlər yazır, amma əməlində ABŞ-ın demokratik dövlət olduğuna mən heç vaxt inanmamışam və inanmayacam da. Təkcə İraqda qətlə yetirilən qadın və uşaqların qanına görə!..) ABŞ-dakı müxalif partiyanın gördüyü işin yüzdə birini görə bilmir. Nə isə...
   
   Siyasi müstəvidəki temperatur göstəricisi özü-özlüyündə iqtisadi düşərgədə təsir göstərir. Bu gün dünyanın enerji mərkəzlərinin hər kəsə bir yağlı əppək kimi görünməsi və hər kəsin maraq dairəsində olması artıq adi hala çevrilib. Və böyük dövlətlər öz siyasətlərini məhz daha çox enerji resursları əldə etməyə yönəldiblər. Həmin siyasətin də kökündə özlərinin digər maraqlarını "yumşaqcasına", "səmimiyyətlə" həyata keçirtmək dayanır. Yəni artıq bu enerji maraqları bəzi dövlətlər üçün təsir, təzyiq mexanizminə çevrilib. Təkcə Rusiyanın qazla bağlı Avropaya və bütövlükdə keçmiş SSRİ məkanına etdiyi təzyiqlər enerji dili ilə qonşularıyla danışması dediklərimiz üçün əyani sübutdur.
   
   Qonşu

TƏQVİM / ARXİV