ANA SƏHİFƏ / YAZARLAR

KEÇİ PİYİ

27694    |   2007-11-03 04:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Yaşlı adamlardan eşitmişəm ki, keçinin ətindən də yaxşı bəlkə onun piyidi. Havayı deyil ki, belə bir atalar misalı da var: "Keçi can hayında, qəssab piy axtarır"... Deməli, qəssabı keçinin piyi daha çox maraqlandırır, nəinki başqa məhsulları...
   
   Keçi piy quluncun, soyuqdəymənin əvəzsiz müalicə mənbəyidir. Bir barmaq keçi piyi kifayətdir ki, yorğan-döşəyə düşmüş xəstə ayağa qalxa, soyuqdəymədən, qulunc ağrılarından azad ola. Mənim sizə deyəcəyim sözün mustafasının birbaşa keçi piyi ilə əlaqəsi olmasa da diqqətli oxucu burada xeyli qulunc ağrısı tapa bilər. "Mıs-mıs"a yekun vurub keçək "mustafaya"...
   
   
   
   Mustafa N 1
   
   
   
   ... P.S. Amerika iki göydələndən keçdi, amma Əfqanıstan, İraq kimi iki dövlətin əlaqəsinə və var-dövlətinə sahib çıxdı. Bizim bir binamız uçdu, hələ bir şey əldə edə bilməmişik...
   
   Rəsmilərdən biri elan etdi ki, Bakıda 900-dən çox göydələn tikilib. İndi həmin binaların yoxlanılmasına başlanıb. Bu 900 binanın deyək ki, yoxlamadan lap 850-si "salamat" çıxdı. Məlum oldu ki, 50 binanın armaturları, sementi normalara uyğun işlədilməyib. Bəndəniz ixtisasca inşaat mühəndisi olduğuna görə bilir ki, binanın betonlaşdırılmış hissəsinə keyfiyyətsiz armatur, sement işlədilibsə o bina sökülməlidi. 50 binanın bünövrəsinə qədər sökülmə ehtimalına inanan varsa mənə məktub yazsın...
   
   
   
   Mustafa N 2
   
   
   
   Bir hekayə yazmaq istəyirdim. Amma ya hövsələm çatmadı, ya da sənətkarlığım. Süjeti beləydi:
   
   - Qoca professor yaşadığı binanın həyətindəki uşaq meydançasında, skameykada əyləşib düşünür. Professorun əyləşdiyi skameykadan üç-dörd metr o yanda nəhəng bir ekskovator meydançanı söküb-dağıdır. Hündür göydələnin özülü qazılır... Bu məqamda professorun telefonuna zəng gəlir. Məlum olur ki, sabah televiziyada "Uşaqlar bizim gələcəyimizdir" adlı veriliş olacaq və professor da həmin verilişə dəvət olunur... Bir xeyli keçir. Professor skameykadan qalxıb yavaş-yavaş yaxınlaşır yaşadığı evin blokuna. Bloka çataçatda qulağına bərk xırçıltı səsi gəlir və dönüb arxaya baxır. Bayaq əyləşdiyi skameykanı ekskovatorun çalarında görüb telefonunu çıxarır və televiziyaya zəng edib bildirir ki, tay mən o verilişə gələsi olmadım... Yaxşı yazıçı bu süjetdən ən azı povest yazardı, məndə heç hekayə də alınmadı... Yeri gəlmişkən, bu süjetlə "Bəbələrin günahı nə" mahnısına klip də çəkmək olar...
   
   
   
   Mustafa N 3
   
   
   
   "Yeni ulduz -7" də işə başladı. Səhər yox, birisi gün televiziya ekranlarında lüt əndamlar, qalstuklarını qonşuya bağladan oğlan "müğənnilərə" rast gəlsəniz qəmlənməyin. "Bir xalq, iki dövlət"... Bu iki dövlətdə hamı oxuyur... Nəyi pisdi?...
   
   
   
   Mustafa N 4
   
   
   
   ... Axır ki, məktəblər məktəbli formalarına keçdi. İndi şagirdlər eyni paltarda məktəbə gələcəklər və onların bir-birindən fərqi, ən əsas da sosial vəziyyəti hiss olunmayacaq... Eh, guya şagird Əhməd bilmir ki, şagird Məmmədin atasının villası da var, şadlıq evi də, iki-üç də xarici maşını?..
   
   ... Bir-neçə gün bundan əvvəl "İç xəbər"də Bakının hansısa kəndində qaz problemindən danışılırdı. Və o da məlum oldu ki, yerli adamların qaz xəttinə qoşulmağına həmin kənddə məskunlaşmış məcburi köçkün olan bir nəfər mane olur... Bəndəniz də məcburi köçkünlükdə on beş il fəxri staja malik olduğuna görə hadisəyə laqeyd qala bilməzdi... Aparıcı bir həyəti göstərdi. Ala-babat bir ev idi, həyətdə də minik maşını... Mənə ən çox təsir edən aparıcının "qaçqına bax, ey" deməsi oldu... Bu ifadədə ironiya da var idi, təəccüb də, hələ desən xırda nifrət hissi də... Mən o köçkünün əməllərini müdafiə etməkdən çox-çox uzağam... Dediyim kimi yuxarıda sitat gətirdiyim ifadədi məni incidən... uya qaçqınlar mütləq eşşək minməli, şalvarlarından və pencəklərindən də cır-cındır, müxtəlif rəngli və ölçülü yamaqlar sallanmalıdı...
   
   ... O vaxtlar qəzetdə yazmışdılar ki, bəs İsgəndər Həmidovun "Mercedesi" var. İsgəndər bəy də özünəməxsus cavab vermişdi ki, mən bu dövlətin daxili işlər naziriyəm. "Mercedes"də gəzməyib motosikletə minməyəcəyəm ki?..
   
   Ağlıma gəldi ki, elə "qaçqınlara" da ümumi forma tikmək lazımdır ki, başqalarından seçilsinlər. Paltarın kürəyinə də yazmaq olardı. "MK. MK-yəni mərkəzi komitə yox ey, məcburi köçkün...
   
   
   
   P.S. Əslində bunlar heç "Mustafa" deyil. "Mıs-mıs"dı. Əsl "Mustafa" tezliklə olacaq...
   
   
   
   P.P.S. Bu qulunc ağrılarına keçi piyi əlac edə bilər, yoxsa yox?..


Paylaş: Share
Çapa: Göndər

YAZARIN ARXİVİ

2011-06-18 : BAYAT
2011-02-05 : son ŞERLƏR
2011-01-29 : DUZSUZLUQ
2011-01-22 : PAYIZ
2011-01-15 : QOŞMALAR
2010-12-31 : İLİN SON YAZISI
2010-05-08 : QÜRUR MƏNBƏYİ
2010-04-03 : KUKLA
2010-02-27 : QALOŞ
2010-02-13 : ANOMALİYA
2010-01-30 : BAZAR GÜNÜ
2010-01-09 : BAŞLADIQ
2009-12-31 : İLİN SON YAZISI
2009-12-26 : YOLDƏYİŞƏN
2009-11-21 : DİŞ AĞRILARI
2009-10-31 : KRESLO
2009-10-24 : ŞƏCƏRƏ
2009-10-10 : SAĞSAĞAN
2009-09-26 : AVTORİTET
2009-09-05 : MÜQƏVVA
2009-08-29 : GECƏ SEANSLARI
2009-08-08 : ÇADIR PƏLƏNGİ
2009-07-25 : ŞAHIN QAYITMASI
2009-07-18 : DAŞ
2009-06-26 : FASYE TEOREMİ
2009-05-23 : ÇÖL HAVASI
2009-05-09 : QÜRUR MƏNBƏYİ
2009-05-02 : QOYUN ƏFSANƏSİ
2009-04-18 : PALTARSIZ
2009-04-04 : ŞAHIN QAYITMASI
2009-03-14 : XURMA AĞACLARI
2009-02-28 : XINA RƏNGİ
2009-02-14 : BAYQUŞ
2009-02-07 : BAŞDAŞI
2009-01-31 : DAR ÇAĞI
2009-01-24 : "ATLI" LOBYA
2009-01-17 : AĞRI
2008-12-13 : OCAQ DAŞI
2008-11-29 : ƏYALƏT BƏYİ
2008-11-08 : ARI QUŞU
2008-10-18 : Adda-budda
2008-10-11 : İKİLƏŞMƏ
2008-09-06 : "YANIQ" KƏRƏM
2008-08-30 : "YANIQ" KƏRƏM
2008-08-23 : "YANIQ" KƏRƏM
2008-07-26 : YANIQ KƏRƏMİ
2008-07-19 : YANIQ KƏRƏMİ
2008-06-28 : SAMAN SİYASƏTİ
2008-06-07 : FİL HƏKİMİ
2008-05-24 : ŞİR ŞƏKLİ
2008-05-17 : MONİTORİNQ
2008-05-03 : CİDDİ YAZI
2008-04-12 : ÇƏRÇİVƏ
2008-03-15 : DƏVƏ TALEYİ
2008-01-19 : QIRMIZI TOY
2007-12-29 : KEÇİ PİYİ - 2
2007-12-01 : SALAT
2007-11-03 : KEÇİ PİYİ
2007-10-27 : AĞ LİMUZİN
2007-10-20 : PAYIZ
2007-10-12 : SUBAYLIQ PULU
2007-10-06 : VAXT
2007-09-22 : GÖRÜNTÜ
2007-09-15 : ARPA YERİ
2007-08-25 : DÜNYANIN AXIRI
2007-08-11 : TÜTÜN İYİ
2007-04-28 : ŞERLƏR
2006-09-05 : ƏT
SON XƏBƏRLƏR
2014-07-26
01:30 E Ş AT O
2014-07-25


VİDEO
 
ƏDALƏT BUGÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Kriminal, sex xəbərlərini oxuyursuz?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Molla bir gün söhbət əsnasında arvadına deyir:
- Arvad, bu dünyamız heç, amma o dünyada kef edəcəyik.
Arvad:
- Niyə?
Molla:
- Çünki ikimiz də cənnətə gedəcəyik.
Arvad:
- Nədən bilirsən ki, cənnətə gedəcəyik?
Molla:
- Bu sir-sifət ki, sənlə məndə var, sən hər gün mənə baxıb səbr edirsən, mən də sənə baxıb səbr edirəm. Səbr eləyənin də ki, yeri cənnətdir.



digər lətifələr
ARXİV
FACEBOOK