adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 Oktyabr 2014 11:12
5660
MƏMLƏKƏT
A- A+

Aida İmanquliyeva təmtəraqla anıldı

"ÜNS” Yaradıcılıq Sәhnәsindә görkәmli şәrqşünas alim Aida İmanquliyevanın anadan olmasının 75-­ci ildönümünә hәsr olunan xatirә gecәsi keçirilib. Adalet.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, xatirә gecәsindә Azәrbaycanın birinci xanımı, Heydәr Әliyev Fondunun prezidenti Mehriban Әliyeva iştirak edib. Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin, Azәrbaycan Prezidenti Administrasiyasının humanitar siyasәt mәsәlәlәri şöbәsinin müdiri Fatma Abdullazadәnin, Azәrbaycan Yazıçılar Birliyinin sәdri, Xalq Yazıçısı Anarın, Rusiya Elmlәr Akademiyası M.Qorki adına Dünya Әdәbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelinin, Misirin Ayn Şәms Universitetinin әrәb dili vә әdәbiyyatı kafedrasının müdiri, professor Tarik Çәlәbinin, Türkiyә Texniki Universitetinin professoru Sait Özervarlının, Memar Sinan Universitetinin professoru Tanju Seyhanın vә digәr alimlәrin, tanınmış ictimai­siyasi xadimlәrin dә iştirak etdiklәri tәdbirdә ilk azәrbaycanlı qadın әrәbşünas alim Aida İmanquliyevanın qısa, lakin zәngin vә mәnalı ömür yoluna, elmi axtarışlarına nәzәr salınıb.
 
Elә şәxsiyyәtlәr var ki, vaxt bizi onlardan uzaqlaşdırsa da onların işıqlı siması, parlaq surәti qәlbimizdә, ruhumuzda vә yaddaşımızda silinmәz izlәr buraxır, ­ deyәn "ÜNS” Yaradıcılıq Sәhnәsinin bәdii rәhbәri, M.V.Lomonosov adına Moskva Dövlәt Universitetinin Bakı filialının rektoru, Azәrbaycan Milli Elmlәr Akademiyasının müxbir üzvü, professor Nәrgiz Paşayeva teatrın sәkkizinci mövsümünün ilk tәdbirinin mәhz görkәmli alim Aida İmanquliyevaya hәsr olunduğunu bildirib.
 
Professor Nәrgiz Paşayeva deyib: "Әzәldәn dünya elә yaranıb ki, ömür insana mәxsus olur, amma hәyat insana mәxsus deyil. Ömür anidir, keçicidir, bәlkә dә fanidir, hәyat isә daimidir, әbәdidir. Ömrü ölçә bilәn meyarlar ­ saatlar, günlәr, aylar, illәr var. Ömür bir nәfәrә ­ tәkә bağlıdır, hәyat isә külli­bәşәriyyәtә, cәmә bağlıdır. Ömür aydındır, çünki ömrün әvvәli dә var, sonu da. Amma hәyat aydın deyil. Çünki hәyatın nә әvvәlini bilәn var, nә dә sonunu. Bu, hәmişә belә olub vә belә dә olacaq. Çünki ömür konkret, hәyat isә abstraktdır. Yaranan nә varsa, bu iki vәhdәtin qanunu arasında yaşayır. Elә insanlar olur ki, onların ömrü qısa olsa da, qurtarsa da, hәyatı davam edir. Biz onları görmürük, sәsini eşitmirik, amma qәlbimiz onlarla danışır. Gözlәrimiz onları görmür, amma onların siması, cizgilәri, surәti daim canımızda, qanımızda, ürәyimizdәdir vә o surәt bizi heç vaxt tәrk İnsanların qәribә bir qanuna bağlı olduqlarını vurğulayan Nәrgiz Paşayeva deyib: "Adәtәn, insan hәyatdan köçdükdә yerdә qalanlar onun gözlәrini bağlayırlar. Ancaq sirr ondadır ki, qalanların, dirilәrin gözünü çox vaxt hәyata hәyatdan köçәnlәr açır. Çünki çaları, sәmti, yolu, istiqamәti, rәngi dәyişә bilәn ömrün yolları insanı hәm ucalda, hәm dә kiçildә bilәr. Әlbәttә, ucalan insanlar әtraflarına, qohumlarına, valideynlәrinә, müәllimlәrinә hәmişә şәrәf hissi gәtirirlәr. Amma gәlin onu da etiraf edәk ki, ucalan yolla gedәn hәr kәs bu ucalığa yazılmış vә yazılmamış qanunları pozmadan nail olmaq hünәrinә malik olur”.
 
Nәrgiz Paşayeva deyib ki, 75 yaşı tamam olan Aida xanım mәhz belә hünәrә malik insanlardan biri idi: "O, doğrudan da parlaq vә nadir bir insan idi. Onun ucalığı heç kәsin kiçilmәsi demәk deyildi. Onun parlaqlığı heç kәsi zülmәtә qәrq etmәk vadarlığına gәtirib çıxarmırdı. O, sözün әsl mәnasında nadir vә parlaq insan idi. Çünki onun zahiri gözәlliyi müqabilindә çox zәngin daxili alәmi var idi. Hәmin o zahiri gözәllik daxili gözәlliklә bir harmoniyada idi. Bu insan doğrudan da mükәmmәl әqidәyә, möhkәm prinsiplәrә malik bir insan idi. O, doğrudan da göründüyü qәdәr tәbiәtәn gözәl idi. O, göründüyü kimi olmağı bacaran vә olduğu kimi görünmәyi bacaran insanlardan idi.
 
Әfsuslar olsun ki, ömür vәfa etmәdi vә o, indi aramızda yoxdur. Әlbәttә, o, bizim ailәmizin vә başımızın tacı olub. O, bizim ürәyimizin mәlhәmi olub. Onun yoxluğu zaman kәsiyindә hәsrәti azaltmayıb. Çünki Anaya olan hәsrәti zaman heç vaxt azalda bilmәz. Yaxşı dosta olan hәsrәti heç bir uzun zaman azalda bilmәz. Sevimli insana olan hәsrәti әn böyük zaman azalda bilmәz”. Sonra tәdbir iştirakçılarına görkәmli alimin hәyatından vә elmi axtarışlarından bәhs edәn film tәqdim olunub.
 
Filmdә bütün ömrünü Şәrq mәdәniyyәti vә әdәbiyyatının öyrәnilmәsi, onun әn istedadlı nümayәndәlәrinin әdәbi irsinin tәdqiqinә hәsr edәn alimin işıqlı obrazı әksini tapıb. Filmdә müxtәlif ölkәlәrin alimlәrinin xatirәlәri, Azәrbaycan şәrqşünaslıq mәktәbinin parlaq nümayәndәsi kimi onun beynәlxalq konqreslәrdә, simpoziumlarda çıxışları ilә bağlı fikirlәr yer alıb. Aida İmanquliyevanın yaşadığı dövrün elmi mühiti, sәnәt mәnzәrәsi ilә әlaqәdar dolğun mәlumatlar da filmdә diqqәtә çatdırılır. Tәdbir ötәn әsrin 60­cı illәrinin musiqilәri ilә davam edib. Bu nәğmәlәri "ÜNS” teatrının solistlәri, "Bakı” musiqili tamaşasının iştirakçıları tәqdim ediblәr.