adalet.az header logo
  • Bakı 18°C

CƏFƏRiN BAKI SƏFƏRi

OQTAY SALAMOV
29690 | 2007-11-01 05:00
Qoy əvvəl başdan Cəfəri sizlə tanış eləyim ki, söhbətin niyə belə getdiyini biləsiniz. Cəfər sovet vaxtının qart demaqoqlarından deyil, orta məktəbi güc-bəla ilə qurtarıb, heç ali məktəbə sənəd də verməyib. Bir dəfə qonşusu ilə dalaşdığına görə 15 sutka kepezedə yatıb. Qardaşının qaynı polisdə serjant olduğundan Cəfərə orada iş gördürməyiblər, əksinə, kiril əlifbası ilə bir Konstitusiya kitabı da vermişdilər ki, başı qarışsın. Cəfər də ömründə kitab oxumayan adam -"qamış ola, camış ola, görməmiş ola"- 15 günə az qala Konstitusiyanı əzbərləyib olmuşdu əməlli-başlı demaqoq.
   
   Cəfəri tanıdınız, indi onu Bakıya gətirə bilərəm. Buna bəhanə də var. Cəfərin torpaq payından Bakıya çəkilən su kəməri keçir, torpağın bir hissəsini qazıb keçiriblər hökumət "şotuna", indi nə kompensasiya verirlər, nə də başqa torpaq yeri. Ona görə də Cəfər əlində olan sənədləri qoltuğuna vurub Bakıya gələ bilərdi və gəlmişdi də. Cəfəri kəndlərində yaxşı tanıdıqları üçün sözlərinə fikir verən yox idi. Düzdür, Bakıda cəfərlər çoxdu, amma təzə "cəfər" gələndə o dəqiqə gözə çarpır. Bizim Cəfər də elə şəhərə girəndə özünü tanıtdı.
   
   Cəfəri gətirən avtobus avtovağzala girmədi, camaatı küçədə boşaltdı. Adını da belə qoydu ki, avtobus qanunsuz işləyir, içəri ancaq qanuni işləyənləri buraxırlar. Cəfərin demaqoqluğu tutdu, nə tutdu: -Ay başınıza dönüm, avtobus nətəər qanunsuz işləyə bilər axı? Qabağında marşrutu yazılıb, QAİ pulunu alır, postda sürücü düşüb gedir "stanok"a, nəzarət maşınlarının yanıdan keçir, hələ əl eləyib onlarla salamlaşır da. Yaxşı, qanunsuzluğu bir yerdə eləyə bilər, lap kiminsə maymaqlığından istifadə eləyib iki yerdə eləyə bilər, daha bu boyda maşın bu boyda yolu gəlib bu boyda şəhərə qanunsuz girə bilməz axı".
   
   Bu monoloqa dinməz-söyləməz durub qulaq asan polis serjantı heç Cəfər tərəfə baxmadı da, yanındakı paqon yoldaşına bir atalar məsəli çəkdi: "Mazandaranda çaqqal az idi, biri də gəmiynən gəldi".
   
   Cəfər yanında durduğu tikilməkdə olan binanın neçə mərtəbə olduğunu öyrənmək üçün başını qaldıranda az qala üstünə "Nike" yazılmış kənd arvadlarının qış corablarına oxşayan papaqfasonu yerə düşəcəkdi. Bir ağsaqqal izahat verdi: "Qanunsuz tikilidi, haqqı çatmasa dalını tikməyə qoymayacaqlar, odey, "Olimp"in yanında tikilmiş hazır binanı sökürlər". Cəfər nə qədər elədisə, kişinin sözlərinə inana bilmədi. Düşündü ki, əgər bu binanı üzü aşağı, yerin altına tiksəydilər, bəlkə də qanunsuz ola bilərdi. Baxmayaraq ki, nə Cəfər, nə də başqa cəfərlər hələ bir dənə də olsun qanunsuz tikilmiş metro stansiyası görməmişdilər, amma nəzəri olaraq yerin altında nə isə bir şeyin qanunsuz, xəlvəti tikildiyinə şübhə etmək olar. Amma gecə-gündüz üstündə iş gedən, "kotlovanı" qazılanda ətrafdakı sakinlərin şikayətləri televizorda göstərilən, binadan yıxılıb ölənlər haqda qəzetlər yazan, "müvəqqəti çətinliyə görə üzr istəyirik"i adamın gözünə girən, reklamları gəl-gəl deyən binalar necə qanunsuz ola bilər axı?
   
   Seyf qapılı evində tualetlə hamamın arasında pereqorodkanı götürmək haqda düşünəndə

TƏQVİM / ARXİV