Ağılsız futbolçu və ya meymunun yanğın söndürməyi

AQİL ABBAS
97823 | 2014-10-08 17:42

«Futbol+» qəzetində maraqlı bir layihə ilə rastlaşdım: «Bura Vətəndir». Yeri gəlmişkən, «Futbol+» çox maraqlı qəzetdivə yaxşı mənada mənə də Sovetlər dönəmindənəşr olunan məşhur «Futbol-xokkey» qəzetini xatırladır. Və imkan tapdıqca bu qəzeti oxumağaçalışıram.

«Bura Vətəndir»layihəsində Tahir Mirzənin qonağı «Qəbələ»nin futbolçusu Ruslan Əmircanovla maraqlıbir söhbətini oxudum.

Deməli belə,qələm dostumuz futbolçuların ağıl və savadını yoxlamaq üçün onları testdən keçirir.Özü də çox sadə suallarla. Bu suallara cavabvermək üçün natamam orta təhsil kifayətdi. Təəssüf ki, yaxşı oyunçu kimi az-çoxrəğbətimi qazanan Ruslan Əmircanov çox sadə suallara cavab verə bilməyib. Ruslanıbuna görə qınamıram və tənqid etmək fikrim də yoxdur. Başqa bir məsələyə toxunmaqistəyirəm.

Qələm dostumuzTahir Mirzə yazır: «Futbolçunun, futbol adamının ağıllı və savadlı olması vacibolmasa da yaxşı əlamətdir. Axı, yalnız savadlıbiri gələcək nəsilə nəsə ötürə bilər. Hər birimiz əcnəbi futbolçuların əksərinindavranışına və danışığına baxanda köks ötürürük.Deməli, o həm də az-çox savadlıdır ki, belə danışır. Savad həm də mədəniyyət deməkdir».

Əvvəla, mən əcnəbi futbolçuların (söhbət bizim legionerlərdəngetmir, onlar futbolçu deyil, top-top oynayanlardı) çıxışlarına qulaq asmışam. Onlarınçıxışlarında da elə bir savadlı nəsə görməmişəm, heç gözləmirəm də.

Mən başqa birməsələyə münasibət bildirmək istəyirəm. Birincisi, onu qeyd edim ki, «futbolçunun,futbol adamının savadlı olması vacib olmasa da, yaxşı əlamətdir». Dostum Tahir Mirzə,bu cümləni başa düşmək mümkün deyil. Sözünüzdən belə çıxır ki, futbolçunun savadlıolmaması yaxşı əlamətdi. Təbii ki, mən başadüşdüm ki, siz belə demək istəməmisiniz.Yəni demək istəmisiniz ki, «olsa» yaxşı əlamətdi. Amma cümlə Azərbaycan dilində deyil, ona görədə oxucu elə biləcək ki, savadlı, ağıllı olmaması yaxşı əlamətdi. Nə isə, bu ikinci dərəcəli məsələdi, bunu mexanikisəhv kimi qəbul edək. İndi gələk əsas məsələyə.

Savad məsələsiilə o qədər də işim yoxdur. Gərək ki, Sokratdeyib: «Savad kasıbın sığınacağı, varlının bəzəyidi». Futbolçular kasıb olmadıqlarınagörə (ən aşağısı bir müəllimdən və ya bir həkimdən 200-300, bəlkə də 500 dəfə artıqmaaş alırlar) deməli, onlara sığınacaq üçün savad lazım deyil. Qaldı bəzəyə. Futbolçuların o qədər bəzəyi var ki, (bahalı maşın,şəhərin mərkəzində ev, yüksək maaş, şöhrət,az qala diplomatik pasport və sair və ilaxır) olmasın «savad» adlı bəzəklərdən biri.

Tahir Mirzə,çox maraqla izlədiyim o layihədə səninlə bu məsələdə razılaşmıram. Ağıl futbolçuyaçox lazımdı, lap çox lazımdı. Hətta şahmatçıdan da çox. Bütün dünya belə qəbul edirki, ən çox ağıl şahmatçıya lazımdır. Qətiyyən belə deyil. Mən yox ey, mütəxəssislərhesablayırlar ki, futbolçuya ağıl şahmatçıdan daha çox lazımdı. Bilmirəm, şahmatla maraqlanırsızsa yoxsa yox,bir şahmatçının bir oyunda vaxtı təxirə salınanaqədər 5 saatdı: yəni hər birinə 2 saat yarım. Yəni bir şahmatçı bir gedişi etməküçün iki saat yarım öz hesabına və eyni zamandaqarşıdakı oyunçunun fikirləşdiyi dövr qədər zamanı var. Amma bir futbolçunun hər hansı bir qərar qəbul etməsi üçün bəzən nəinkibir saniyə, hətta saniyənin onda biri qədər vaxt lazım olur. Yəni ona daha çox ağıl lazımdır ki, ən qısamüddətdə qərar qəbul eləsin. Mən bununla bağlı futbolu bildiyimə və sevdiyimə görə sizə yüzlərlə misalçəkə bilərəm.

Birini xatırladım.Dünya çempionatlarının birində İspaniyanın bir futbolçusu İtaliyanın qapıçısı ilətəkbətək qalmışdı. Şəhrçi də Nikolay Ozerov idi. Futbolçu bir an dayandı və sonratopu boş qapıya vura bilmədi. Onda Ozerov dedi: «İspaniyalı hücumçu bir an fikirləşdiki, bu dəqiqə atası, anası, sevdiyi qız, bütün İspaniya və bütün dünya ona baxır.O bunları fikirləşənəcən İtaliyanın müdafiəçisi topu onun ayağından götürdü».

Yəni bir dahaqeyd edirəm ki, futbol az-çox savad tələb etməsə də, hətta şahmatçıdan daha çoxağıl tələb edir.

Və çox təəssüfki, bizim futbolçular məhz elə buna görə də nə Avropa, nə Dünya çempionatlarındauğur qazana bilmirlər.

Azərbaycandafutbolun futbol vaxtı bir məşhur futbolçuilə bərk dost idim, indi də dostumdu. «Neftçi»nin bir nömrəli hücumçusu sayılırdı,adını çəkmirəm, özü qəbul eləsə də, başqaları ayrı cür fikirləşər. Ona həmişə dediyimbir söz vardı. Deyirdim ki, bir gün bu futbolu atacaqsan, televizorun qabağındaoturub «Dinamo» (Kiyev)in oyununa baxacaqsan və onda deyəcəksən: «Vay dədəm vay,futbol buymuş?!»

İndi mən bilmirəmbizim futbolçular hərdən oturub dünya futbolunu izləyirlər, yoxsa yox. İzləsələrgörərlər ki, dünya futbolunda ayaqlar yox, başlar işləyir. Yəni ağıl çox vacibdir,qardaşım.

Sonda. Alimlərbelə bir eksperiment aparıblar. Xırda bir yanğın düzəldiblər. Sonra meymuna yanğınısöndürmək üçün qabdan su götürüb gətirib ocağa tökməyi öyrədirlər. Və sonra həmin qabı hovuzun ortasına qoyublarvə həmin yerə də bir taxta uzadıblar. Yanğını törədiblər və meymuna da dolçanı veriblərki, bunu söndür. Meymun suyu hovuzdan götürməyib. O ensiz taxtanın üstüylə çətinliklə gedib hovuzun üstündəki qabdan su götürüb və gətirib odu söndürüb. Və ağlına gəlməyib ki, hovuzdakı da sudur.

İndi ağılsızfutbolçu həmin meymun kimi bir şeydi.


TƏQVİM / ARXİV