"VƏZiFƏLiLƏR çiYiNLƏRiNDƏ AğIR YüK DAŞIYIR"

ƏBÜLFƏT MƏDƏTOĞLU
33864 | 2007-10-31 03:40
Əslində söz adamı həmişə yaddadı. Sadəcə bir az zaman, bir az zamanın yaratdığı problemlər və bir az da zamanından aşağıda və yaxud da yuxarıda olan adamlar unutqanlıq göstərir, həm də şərait də yaradır. Və bütün bunlar da birləşib gah unudulmağa, gah arabir xatırlanmağa, gah da... Nə isə.
   
   Bax, bütün bunlar hərdən özüm-özümlə tək qalanda ürəyimdən keçən sualların bir qismidir və mən də cavabını axtardığım həmin sualların izi ilə üz tutdum nə vaxtdan bəri aradığım İlyas Tapdığın ünvanına. O İlyas Tapdığın ki, şerləri, səmimi sərgüzəştləri, şirin söhbətləri ilə təkcə yaşlılardan, özündən sonra gələn nəslin deyil, həm də bugünkü gənc qələm adamlarının çoxları üçün arzulanan, xatırlanan insanlardan biridir. Bax, elə bu arzuynan da...
   
   - Salam İlyas müəllim, xoş gördük, necəsiniz?
   
   - Çox sağ ol, əzizim, əlbəttə ki, yaxşıyam.
   
   - İlyas müəllim, sizi xeyli axtarandan sonra çox dəyərli ağsaqqalımız Nahid Hacızadənin sayəsində tapa bildim. Elə onun iş otağında sizinlə həmsöhbət olduğum indiki anda soruşmaq istəyirəm ki, İlyas Tapdığın ünvanını təkcə onun dostları, doğmaları bilir, yoxsa...
   
   - Düzünü soruşursansa mənim ünvanımı təkcə yaxınlar, doğmalar deyil, məni istəyən bütün insanlar bilirlər. Amma bir məsələ var ki, mən bəzən bu yaradıcılıq xətlərində elə itirəm ki, özüm kimisə axtarıb ünvanımı deməsəm onda tapmaq doğrudan da çətin olur. Yəni telefonla kiməsə

TƏQVİM / ARXİV