adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Ağ LiMUZiN

VAHİD ƏLİFOĞLU
19458 | 2007-10-27 11:02
...Qızlarım axır ki, məni yola gətirdilər. Qəsəbədə təzə kitabxana açılıb... Həyətə girməmiş Elgün yoldan dedi:
   
   - Ata, sənə də kitab almışıq. Tofiq əminin kitabını...
   
   ...Tofiq Abdindən evdə o qədər danışmışam ki... Təəccübləndim. Tofiq Abdin hara, Haramı hara?
   
   ...Heç Əbülfətə deməmişəm. Bəlkə də desəydim bu kitabı tapıb göndərərdi... Neçə gündür ki, başımı bu kitabnan qatıram. Yavanlıq edə-edə oxuyuram. Mən heç vaxt kitabı bir nəfəsə oxumuram. İstəyirəm beş-on vərəq olsun, ya da lap beş yüz, altı yüz səhifə... Ehtiyac duyandan-duyana, darıxandan-darıxana oxuyuram... Elçin İsgəndərzadənin "səxavət sandığı"ndan çıxmış kitablarından biri... Tofiq Abdin adında şair çoxdan var dünyada. Amma mən onu ilk dəfə şair kimi deyil, bədii publisistikanın yaradıcılarından biri kimi özüm üçün kəşf etmişəm... Tofiq Abdin haqqında son vaxtlar xeyli yazmışam. Bu minnət deyil. Heç kim məni məcbur etməyib. Tofiq Abdin çox az tanıdığım Aqil Abbas, Rəşad Məcid, Etibar Cəbrayıloğlu kimi şəxslərdəndi ki, mən onu da özümə hədsiz doğma bilirəm...(söhbət yaradıcılıq tanışlığından getmir - V.Ə.). Burada nəyəsə hesablanmış məqsəd də yoxdur. Çünki mən Tofiq Abdinin haçansa "Xalq şairi" olacağına da inanmıram...
   
   70-ci illər "Qobustan" jurnalının "qızıl dövrü" idi və həmin dövrdə baş redaktorun adı ilə bağlanıb həmişə... Heç kim, heç vaxt Tofiq Abdini, Azər Abdullanı yada salmayıb...
   
   ...Onlar bir vaxtlar yazıblar. İndi yazmırlar və güman ki, heç vaxt da yazmayacaqlar... Kitabdakı şerlər əla şerlərdir... Amma onların yazdıqları adama həm qəribə gəlir, həm də şit...
   
   ...Əvvəlcə ağ limuzin keçdi. Uzunluğu yalan olmasın on metr. Belə maşını bir dəfə də Bakıda görmüşəm. Zamin evlənəndə gəlini limuzində apardıq şadlıq evinə. O da ağ idi. Sürücünün yanında özüm əyləşmişdim. Onda da öz-özümə deyirdim ki, kaş seyidəhmədlilərdən çıxaydı qarşımıza, deyəydilər ki, Əlifin oğlu Vahid limuzində gəzir...
   
   ...Haramıda limuzin! Yanımda dayanmış oğlan dedi ki, bəs indi Bakıda limuzin dəbdə deyil. Ona görə də dağılışıblar rayonlara. Bakıda gəlini iki yerli maşında aparırlar.

TƏQVİM / ARXİV