Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | GÖZƏLLİK AXTARIRSANSA, ƏTRAFINA BAX Adalet.az | GÖZƏLLİK AXTARIRSANSA, ƏTRAFINA BAX Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GÖZƏLLİK AXTARIRSANSA, ƏTRAFINA BAX

20290    |   2007-10-27 11:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən sayımızda)
   
   
   
   London canlı muzeydir
   
   
   
   Londonun gözəlliyi onun özəlliyindədir. Onun ən böyük özəlliyi isə simasını qoruyub saxlamasıdır. Köhnəliyi özündə yaşatmaqla, köhnəlməyən görkəmini qoruya bilməsidir. Qədimliyi saxlamaqla yeniləşməyi bacarmasıdır. Minillər öncə var olan şəhərin adının ilkin mənası, kökü alimlərin haçalanan fikirlərinə görə müxtəlifdir. Bu məsələdə qəti söz deyən yoxdur. Amma tarixin bir çox həlledici məqamlarında qətiyyət göstərən ingilislərin bəşər tarixində böyük rol oynaması, dünya elminə, mədəniyyətinə, ədəbiyyatına böyük dühalar verməsi həqiqətdir və o üzdən onların bu gün də dünyanı idarə edən dövlətlər arasında liderlik iddiası reallıqlara söykənən faktdır.
   
   Burda hər şey yerindəndir. Ona görə ki, hər kəs öz yerindədir. İdarəçilik ayrı-ayrı adamlardan asılı deyil, burada düşünülmüş, illərin sınağından çıxmış dəqiq mexanizm işləyir. Şəhəri gəzəndə müxtəlif təyinatlı möhtəşəm binaların memari gözəlliyi, şəhərsalma prinsipi və onun zaman ötdükcə yaradıcı şəkildə inkişafı, keçmişlə müasirliyin vəhdəti insanı valeh edir. Bu səbəbdən məşhur muzeylər şəhəri olan Londonun özü də açıq səma altında olan canlı bir muzeydir.
   
   
   
   Parklar Londonun
   
   bəzəyidir
   
   
   
   Londonda park çoxdur.Yerli sakinlər də, şəhərin qonaqları da burada gəzib dolaşmağı çox sevirlər. Parklar böyük ərazilərdə, özü də əsasən təbii yaşıllıq sahələrində salınıb. Hamısı səliqəli, yaraşıqlı, doğaldır, gözəldir. Parklar ilk növbədə əyləncə deyil, dincəlmə, dinlənmə yeridir. İnsanın təbiətlə ünsiyyət yarada bilməsi üçün burada hər cür şərait yaradılıb. Amma İngiltərədəki çoxsaylı parklar arasında bizlərin daha cox tanıdığı şübhəsiz ki, Hayt parkdır. Sovetlər dövründə Mərkəzi Televiziya ilə bu parkı tez-tez göstərərdilər. Çünki hökumətdən narazılar, ümumiyyətlə, bu və ya başqa məsələyə fərqli münasibət bildirmək istəyənlər Hayt parkda ağızdolusu danışar, istədikləri təbliğatı aparardılar. Moskvanın "gözüaçıq" müxbirləri də bu görüntüləri lentə alıb kapitalizm sistemində artan ziddiyyətlər kimi onu efirdə bizə təqdim edər, parkda deyilənləri xalqın artan etiraz səsi kimi mənalandırar, dumanlı şəhərdən bulanıq xəbərlər yaymaqla sovet xalqında "çürüməkdə olan kapitalizm" haqqında ictimai rəy formalaşdırmağa çalışardılar. Sən demə, hər şey tamam başqa cür imiş. Parkın natiqlər üçün ayrılan xüsusi guşəsi zahirən heç nəylə fərqlənmirdi. Adamların çoxu mənim kimi, sadəcə olaraq maraq üçün, necə deyərlər, bir dəfə bu "demokatiya məktəbini" görmək üçün bura gəlirmiş. Parkda olduğum müddətdə dörd-beş çıxışçı gördüm. Onları dinləyənlərin də ümumi sayı cəmi 40-50 nəfər idi. Düzü, natiqlərin heç birini ciddiyə almadım. Məsələn, biri seksual azlıqların hüquqlarının tapdanmasından gileylənirdi. Digəri Londonda qara dərili insanlara pis münasibət bəslənməsindən danışırdı. Onlar ucadan danışırdılar ki, hamı eşitsin. Burda çıxış edən natiqlərə müxtəlif səsgücləndiricilərdən istifadə etməyə icazə verilmir. Bu mənzərəni kənardan sakitcə seyr edən polisə mən də sakitcə diqqət yetirdim. Onlar söylənən fikirlərin, çağırışların fərqində belə deyildilər. Əgər ictimai asayiş pozulsaydı, o zaman müdaxilə edərdilər. Amma, nə olursa-olsun, Londonu Hayt parksız, bu əldəqayırma tribunasız təsəvvür etmək çətindir. Hayt park şəhərin ən xarakterik portret cizgilərindən biridir. "Hayt park" deyəndə dünyanın hər yerində insanların ağlına azad sözün, sərbəst fikirlərin söylənməsi yasaqlanmayan bir məkan gəlir.
   
   
   
   Uembli stadionunda təkcə yarışlar keçirilmir
   
   
   
   Futbol azarkeşi deyiləm. Yaxşı oyunlara televizorla baxmağı xoşlayıram. Amma Londonda olub Uembli stadionunu görməmək də günahdı. 1966-cı il futbol üzrə VIII Dünya çempionatından sonra Azərbaycanda bu stadionu tanımayan tapılmazdı. O vaxt İngiltərə ilə Almaniya arasında keçirilən final görüşündə Hertsin qapıya endirdiyi zərbə çox gərgin vəziyyət yaratmışdı. Yarışın müqəddəratı həll olunurdu. Qapı dirəyinə dəyən top qol sayılacaq, ya yox? Uembli stadionu həyəcandan silkələnirdi, azarkeşlər səbrsizliklə hakimin çıxaracağı qərarı gözləyirdi. Əsəblər yay kimi gərilmişdi. Baş hakim Dints də özünü itirmişdi. Matça yan hakimlik edən Tofiq Bəhramovun mübahisəli məqamda qətiyyət göstərərək bayrağı meydançanın mərkəzinə doğru uzatması ingilisləri çempion etməklə yanaşı, həmyerlimizin timsalında bizi də azərbaycanlı olaraq bütün dünyaya bir daha tanıtdı. Beynəlxalq dərəcəli hakim Tofiq Bəhramovun adı dillərdə dolaşmağa başladı. Bu qələbədən sonra hakimlərlə görüşən kraliça həmyerlimizə səmimi təşəkkürünü bildirdi və "Qızıl ilahənin" surətini ona hədiyyə etdi. İngiltərənin baş naziri Vilson, FİFA-nın prezidenti Rouz və Britaniya futbol cəmiyyətinin sədri Meyers ona qızıl fit və üzərində dünya çempionlarının avtoqrafı olan narıncı rəngli top bağışladı. Uembli stadionuyla tanışlıq Dünya çempionatıyla bağlı mənim gənclik xatirələrimi canlandırdı...
   
    Həmin gün stadionda yarışlar keçirilməsə də ortalıqda bir qələbəlik hökm sürürdü. Burada sərgi-satış təşkil olunmuşdu. Tibbə aid bölmələrin birində psixoloqlar yeni cihaz nümayiş etdirirdi. Onu təqdim edənlərin sözlərinə inansaq, bu avadanlıq adamın daxili aləminin, onun aurasının necə olduğunu müəyyənləşdirirdi. Bu məni çox maraqlandırdı. Çünki vaxtilə bir televiziya pyesi yazmışdım. Hadisələr dağlı məhəlləsindəki həyətlərdən birində baş verirdi. Məhəllədə nə baş versə bu haqda ilk xəbər tutan və özünəməxsus şərhlə onu hamıya yayan Tükəzban arvada deyirlər ki, qonşunun oğlu Moskvada aspiranturanı bitirib qayıdıb. züylə də bir maşın gətirib. Səhər tezdən eşitdiyi bu xəbərdən Tükəzban arvadın gözünə elə bil işıq gəlir. Ona görə yox ki, gözünün qabağında böyüyən uşaq təhsilini başa vurub evinə dönüb. Ona görə ki, Fuadın maşınla qayıtması onun "proqnozlarını" təsdiq edirdi. Nəydi onun proqnozu? O demişdi ki, anasının sözlərinə inanmayın. Fuad aspiranturada oxumur, Moskva bazarlarında alver edir. Anası qonşuların yanında qəsdən belə deyir ki, hörmətli olsun. İndi eşidəndə ki, "uşaq"maşınla gəlib, sevincindən Tükəzbanın ürəyi dağa döndü: "ördüz ki, mən deyən oldu? Aspirant təqaüdüylə kim maşın alar? O alimlik yox, alverçilik dərəcəsi dalınca getmişdi, anası bunu hamıdan yaxşı bilsə də bizdən gizlədirdi. Qonşuluqda belə şey nəyə lazım?" Tükəzbana başa salırlar ki, "kəmhövsələ olma, onun özüylə gətirdiyi maşın avtomobil deyil, minib gəzmək üçün də deyil, boşuna qızışıb özündən çıxma. Bu maşın yeni elmi ixtiradır. Rentgen aparatı kimi bir şeydir. Amma adamların ürəyini oxuyur, içindən keçənlərdən xəbər verir". Pyesdəki hadisələr bundan sonra inkişaf etməyə başlayır. Xəbər sürətlə yayıldıqca, əsərin qəhrəmanları maraqlı vəziyyətlərə düşürlər və sonda məlum olur ki, deyilənlərin hamısı sadəcə olaraq 1 aprel zarafatı imiş... Həmin tamaşa o zaman Azərbaycan televiziyası ilə də göstərilmişdi. Premyeradan neçə il sonra gələsən İngiltərəyə və Uembli stadionunda belə bir cihaz həqiqətən qarşına cıxa, adam necə olar? Otururdun onun önündə, təlimatçıların göstərdiyi kimi əllərimi qoyurdun masanın üstünə. Aparat rəsmimi çəkdi. Həmin rəsm əsasında cihazı idarə edən psixoloq xanım müayinə onunanların kimliyini, xasiyyətini, xüsusiyyətini müəyyənləşdirirdi. Buna inanan da vardı, inanmayan da. Amma qapının ağzı bu yeniliklə maraqlanan adamlarla dolu idi. İngilis mütəxəssislərin cihazının köməyi ilə özümü olduğum kimi görmək istədim. Rəsmim hazır oldu. Mütəxəssis xanım ona diqqətlə baxdı. Söylədiyi fikirlərini bir sözlə ifadə etsəm, nəticə müsbət oldu. Ordan ayrılarkən foto şəklimi və çıxardıqları rəyi yazılı surətdə mənə təqdim etdilər. Amma bu artıq 1 aprel zarafatı deyildi...
   
   
   
   Hər yerdə saatlar eyni vaxtı göstərir
   
   
   
   Şəhərdə diqqəti cəlb edən şeylərdən biri də taksilərdir. Avtomobil sənayesinin son nailiyyətlərinə cavab verən bu maşınlar zahirən yetmiş il öncəki ilkin görkəmlərini saxlamaqla şəhərə xüsusi kolorit gətirir. Yoldan ötən ikimərtəbəli rahat avtobuslar barədə də eyni sözləri demək olar. Şəhər nəqliyyatı təmizliyi və saat kimi dəqiq işləməsi ilə fərqlənir. Söz saatdan düşdüsə, onu da deyim ki, bu qədim şəhərdə saatlı binaların sayı çoxdur. Londonun simvollarından birinə çevrilmiş Biq Ben də, ayrı-ayrı küçə və meydanlarda gördüyüm irili-xırdalı bütün saatlar da eyni vaxtı göstərir. Əslində, burda qəribə heç nə yoxdur. Bu, belə də olmalıdır. Amma nə edəsən ki , bizim şəhərdə indiyə kimi tək-tük salamat qalan saatlar yoldan ötənlərə vaxt haqda fərqli məlumat verir. Elə bil ki, əqrəblər zamanı da saya saymır, ona sayğısızlıq göstərir. Temza çayı sahilindəki əzəmətli parlament binasını uzaqdan seyr edib Biq Benin zəng səslərinə qulaq asdıqca öz-özümə düşünürdüm: görən bu saatlar niyə nə dala qalır, nə qabağa gedir? Bakı saatlarının vaxtı dəqiq göstərməsi üçün nə etməli? Bu sualın bir cavabı var: saatlarımızın Londondakı kimi dəqiq işləməsini istəyiriksə, öncə biz özümüz ingilislər kimi dəqiq olmalı, vaxtın qiymətini bilməliyik.
   
   
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK