adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

QURD MƏSƏLƏSİ…

BABƏK YUSİFOĞLU
32590 | 2014-10-02 13:22

[email protected]

babekyusifoglu.blogspot.com


Heçkəs elə fikirləşməsin ki, indi söyləyəcəklərimlə, necə deyərlər, "hər sözün, və ya hər işin başına ipsalmış oluram". Əsla belə deyil. Mənim iplə-zadla qəti işim-filan olmaz.Sadəcə, bəzi şeylər var ki, istəyirəm onlar bir az fərqli olsun. Məsələn, arzuedirəm ki, bizim insanlarımız bir qədər aktiv, fəal olsunlar. Hər kiçik, lap eləyekə zırıltı bir iş üstündə ora-bura səs salıb hay-küy qaldırmasınlar. Bəzi məmurlarımızınqiymətli vaxtını alıb onlara baş ağrısı verməsinlər.

Bilirəm,bu sətrləri oxuyan səbrsiz oxucularımız bu dəqiqə bilmək istəyirlər ki, nəsınıb, nə dağılıb? Nə başağrısı?!Çox şükür ki, sınan dağılan bir şey yoxdu. Sadəcə dünən milli.az-dan oxuduğumbir xəbər, bir də ürəyimdə yığılıb qalmış bəzi şeylər məni bu yazını yazımağavadar etdi. "Aldığınız konfetdən qurd çıxarsa" başlıqlı xəbərdəbildirilirdi ki, paytaxtdakı dükanlardan birindən bir vətəndaşımız konfet alıbaparıb evinə, yemək istərkən konfetin içərisindən qurd çıxıb. Pah atonnan! İndideyəcəksiniz ki, hə, noolsun? Balaca bir qurd çıxıb da,"krokadil-zad" çıxmayıb ki!? Bəli, söhbət elə bundan gedir…

Səs-küy böyüyüb,gedib İqtisadiyyat və Sənaye Nazirliynədək, Respublika Gigiyena vəEpidemiologiya Mərkəzinədək… çatıb. Və çox yəqin ki, bir sıra məmurlarımızkonfetin içərisində məskunlkaşmış bu həyasız qurdun məsələsi ilə bağlı qiymətlivaxtlarından filan qədərini ayırıb bunasərf etməli olublar. Qurd tay özbaşına buraxasıdöyül ki. Bilirsiz də, jurnalistlərdə indi bir himə bənddi. O dəqiqəbaşlayırlar rəngləri tündləşdirməyə.

Çox sağ olsun,Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ərzaq şöbəsinin rəhbəri.Qurdun konfetin içərisində niyə məskunlaşdığının səbəbini açıq-aşkar bildirib.O deyib ki, konfetdən və digər qənnadı məmulatlarında qurdların peyda olmasıonların saxlanma qaydalarının kobud şəkildə pozulması ilə bağlıdır. Öz aramızdıelə İqtisadiyyat və Sənaye Nazirliyi dəqurd məsələsini "boş buraxmayıb". Mətbuat xidmətinin rəhbərliyi bəyanedib ki, konfetdən qurd çıxması qənnadı məmulatlarının istehsalı və saxlanmasındaqayda pozuntularının nəticəsidir. Bərəkəllah…

Buyurun. Sonra bəzisözbazlar hər hansı bir çatışmazlıqlarla, neqativ hallarla qarşılaşanda aləmə car çəkirlər ki, qoymayın əlaqədar təşkilatlarınlaqeydliyi ucbatından millət əldən gedir. Mən bilmirəm bu əlaqədar qurumlardaha neyləməlidirlər ki? Özlərini öldürməlidirlər? Səbəbini izah edirlər,qurdun-filanın harada yarandığını, ümumiyyətlə digər ziyanlı təsirləri,elementləri göstərirlər… Bir az da əhali canına əziyyət versin də. Canlarıçıxsın, getsinlər mağazalara, marketlərə, araşdırsınlar görsünlər ki, bu ərzaqməhsulları necə istehsal olunub, harada, hansı şəraitdə saxlanır? Nümunələr götürüb aparsınlar əlaqədarqurumların laboratoriyalarına, yoxlatdsırsınlar… Boşuna vaxt itirməsinlkər.Yoxsa bizimkilər öyrəniblər hər şey onlar üçün hazır olsun. Bəs vətəndaş fəallığı,vətənpərvərlik harada qalıb? Ayıbdı,vallah.

Guya əlaqədarqurumların məmurları maaş alırlar deyə hər işi onlar görməlidirlər. Öz aramızdı onlar istehsalçıyanəzarət eləsinlər, anbarlara, mağazalara, marketlərə nəzarət eləsinlər? Buyazıqlr neçə yerə bölünsünlər axı? Bir dəfə bu mövzuyla bağlı yazılarımın birində əhaliyə bir təklifvermişdim, daşdan-qayadan səs çıxdı, kimsədən bir əks-səda gəlmədi. Təklif etmişdim ki, camaat əgər keyfiyyətsiz məhsullardanxilas olmaq istəyirsə yığışıb hər məhəllədə bir laboratoriya yaratsın.Dükan-bazardan aldıqlarını gətirib "tut je" orada yoxlasınlar.

Sizi inandırıramki, insanlar bunu yaratsaydılar indi o konfetin içərisindəki qurd söhbətiortalığa çıxmayacaqdı. Özü də heç kim deməsin ki, o cür laboratoriyaları yaradabilmərik. Hər kəs bilir, sovet dövründə camaat hər məhəllədə bir "xeyr-şər"evi tikmişdi. Nə deyirsiz, onu bacaran bunu bacarmayacaq?! .

Bir də yadımdamçıxmamış konfetindən qird çıxan o vətəndaşımızabunu da deyim. Ay qardaş, qurdu gördün, öldür, qurtarıb getsin də...

TƏQVİM / ARXİV