adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Oktyabr 2014 12:30
23215
MƏDƏNİYYƏT
A- A+

Xanlar Əhmədovun heykəltaraşlıq əsərləri - Fotolar

Xalq rəssamı Xanlar Əhmədov və onun yaradıcılığı haqqında danışacağıq. Təsviri incəsənət sahəsində çalışanlar və bu sahə ilə yaxından maraqlananlar X.Əhmədovu yaxşı tanıyır. Dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışan heykəlataraş bir sıra icra olunmuş monumental layihələrin müəllifidir.

Əsərləri Fransa, Almaniya, İran, Polşa, Rusiya, Ukrayna, Özbəkistanda nümayiş etdirilib. Maraqlı və orijinallığı ilə seçilən bir sıra əsərləri müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.

X.Əhmədov 1946-cı ildə Bakıda anadan olub. 1996-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Sonralar o, bu sahədə təhsilini davam etdirərək 1972-ci ildə Daşkənddə A.Ostrovski adına Rəssamlıq İnstitutunu bitirib. 1968-ci ildən xarici və beynəlxalq sərgilərin iştirakçısıdır. 1975-ci ildən isə SSRİ Rəssamlar İttifaqının üzvüdür.

Onun yaradıcılığı Moskvada da olduqca maraqla qarşılanıb və əl işləri müxtəlif mükafatlara layiq görülüb. 1976-cı ildə o, Moskvada "Gənclər mükafatı”na, 1982-ci ildə isə Ümumittifaq Xalq Təsərrüfatı Sərgisində bürünc medala sahib olub. 1995-1996-ci illərdə ard-arda "Humay quşu” mükafatına layiq görülüb. O, hər zaman yaradıcılıq axtarışındadır və hər dəfə də maraqlı əl işləri ilə diqqət mərkəzində olur. Bu yaxınlarda Azərbaycan İstiqlal Muzeyində Xocalı faciəsinin 18-ci ildönümünə həsr edilən sərgidə isə o, sənətsevərlərin görüşünə bir-birindən maraqlı sənət nümunələri ilə gəldi. Bu sərgidə Azərbaycan Rəssamlar İttifaqının Heykəltəraşlıq bölməsinin sədri, Xalq rəssamı Xanlar Əhmədovun heykəltəraşlıq və qrafika əsərləri bir daha nümayiş olundu. Müəllif "Nalə", "Ana körpəsi ilə", "Yanmış qadın", "Ata fəryadı" əsərlərinin dili ilə faciə qurbanlarının yaşadıqlarını göstərməyə çalışıb.

X.Əhmədovun maraqlı işləri sırasında "Azadlıq prospekti” metrostansiyasının foyesini də misal göstərmək olar.

Adalet.az Xanlar Əhmədovun əsərlərini təqdim edir


Sahib Əsədbəyli