adalet.az header logo
  • Bakı 20°C
02 Oktyabr 2014 10:50
13651
KRİMİNAL
A- A+

Bakıda silahlı atışma - yaralananlar var - Video

Güllələnən şəxslər ata və oğludur

Dünən Binəqədi rayonunda baş vermiş silahlı insidentin təfərrüatları məlum olub.Adalet.az-ın milli.az-a istinadən məlumatına görə, hadisə Dərnəgül qəsəbəsində yerləşən və məcburi köçkünlərin məskunlaşdığı binada baş verib. Ağdamdan məcburi köçkün olanHicran Səfərov ov tüfəngindən atəş açaraq qonşusu, həm də həmyerliləri olanAyxan və onun atası Rövşəni güllələyib.

H.Səfərovun yaxınları bildiriblər ki, qanlı hadisənin təməli bu il iyulun 30-da qoyulub.Həmin gün saat 20 radələrində Hicran Səfərovun oğluCoşqun bıçaqlanıb. Məlum olub ki, onu qonşuluqda yaşayan Ayxan Savalanlı bıçaqlayıb. Lakin hadisənin baş verməsindən 62 gün keçməsinə baxmayaraq, A.Savalanlı həbs edilməyib. Buna dözməyən H.Səfərov da qisas zəminində A.Savalanlını və onun atasını ov tüfəngindən güllələyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırmalar aparılır.

*****

10:47

Ötən gün Bakıda silahlı insident baş verib. Hadisə Binəqədi rayonunda Dərnəgül şösesində qeydə alınıb. Təxminən 5 nəfərin iştirakı ilə baş verən silahlı atışmada xəsarət alanlar olub. Yaralılardan iki nəfər - Ayxan Savalanlı və şəxsiyyəti hələlik dəqiqləşdirilməyən şəxs 1 saylı şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə gətirilib. Xəsarət alanların qardaş olduğu bildirilir. Xəstəxandan APA TV-yə verilən məlumata görə, güllə yarası alan şəxslərin vəziyyəti orta ağırdır. Onlar hazırda reanimsiya şöbəsində müalicə olunur.

Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Binəqədi RPİ-dən fakt təsdiqlənib. Hadisə nəticəsində 3 nəfər saxlanılıb. Araşdırma davam etdiyindən saxlanılan şəxslərin kimliyi açıqlanmır.