adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Oktyabr 2014 02:25
5230
SİYASƏT
A- A+

Qardaşlar iş başında

Müsavatın yeni  başqanı Arif Hacılının sevinci çox uzun sürmədi. Seçki bitər-bitməz Müsavatda çaxnaşma yaşandı. Seçkilərin demokratik keçirilmədiyi iddia olundu. Başqanlıq yarışında iştirak edən Qubad İbadoğlu, Səxavət Əlisoy və Müsavat MNTK üzvləri Arif Hacılının başqanlığını tanımadıqlarını açıq-açkar bəyan etdilər. Bu isə Hacılı qardaşlarını hərəkətə gətirdi. Arif Hacılının qardaşı Vaqif Hacılı Qubad İbadoğlunun, Mustafa Hacılı isə Səxavət Əlisoyun cavabını verməyə başladılar.

Bu gedişat onu deməyə əsas verir ki, Hacılı qardaşları Müsavatı zəbt edib və bu partiyada digərlərini görməyə gözü yoxdur.

Ədil